Rəşad Nuri Güntəkin () — Türk yazıçı-dramaturqudur. Çalıquşu, Dodaqdan qəlbə, Yaşıl Gecə, Yarpaq tökümü və Anadolu qeydləri kimi əhəmiyyətli əsərləri vardır.

Həyatı 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirir.

Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihad və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzi çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət" qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.

Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R. N. Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilir.

Əsərləri Yazıçılığı və maarif müfəttişi vəzifəsi Güntəkinə doğma Anadolusunu qarış-qarış gəzmək imkanı verdiyindən ədib Anadolu insanına yaxından bələd ola bilmişdir. Əsərlərində Anadoludakı yaşamı və toplusal sorunları ələ almış, insanı insan-çevre münasibətləri içində yansıtmıştır. Romanlarında istifadə etdiyi dil və anlatım olduqca aydın, dialoqları isə canlıdır. Yazdığı, tərcümə etdiyi, kitab halına sala bildiyi və ya dərgi, qəzet səhifələrində, teatr reperturlarında bulunan əsərlərinin sayı yüzə çatır.

Romanları Çalıquşu (1921) Gizli əl (1924) Damğa (1924) Dodaqdan qəlbə (1924) Axşam günəşi (1926) Bir qadın düşməni (1927) Yaşıl Gecə (1928) Acımak (1928) Yarpaq tökümü (1939) Dəyirman (1944) Qızılcıq dağları (1944) Miskinlər təkkəsi (1946) Xarabalıqların çiçəyi (1953) Kavak yelləri (1961) Son sığınacak (1961) Qan davası (1962) Atəş gecəsi (1953) Göy üzü (1935) Köhnə xəstəlik (1938)

Teatr tamaşaları Xəncər (1920) Köhnə yuxu (1922) Ümidin günəşi (1924) Gazeteci Düşmanı, Şəmsiyə oğrusu, İhtiyar Serseri (1925, üç oyun) Daş parçası (1926) Yaşıl gecə (1928) İstiqlal (1933) Hülleci (1933) Yarpaq tökümü (1971) Köhnə nəğmə (1971) Balıkesir Muhasebecisi (1971) Tanrıdağı ziyafəti (1971) Kənd müəllimi Çalıquşu (N. Cumalı)

Səyahətnamələri Anadolu Notları (1936 iki cilt)

Mənbə

"Tanzimat'tan Bugüne Edebiyatçılar Ansiklopedisi". Cilt I (A-İ). "Güntekin, Reşat Nuri". Yapı Kredi Kültür Sanat Yayıncılığı: mart 2003, İstanbul.

İstinadlar

Xarici keçidlər Rəşad Nuri Güntəkin. Çalıquşu /Azərbaycan türkcəsinə uyğunlaşdıran: M. Rzaquluzadə.- B.: Şərq-Qərb, 2006.- 376 s. Rəşad Nuri Güntəkin. Dodaqdan qəlbə /Nəşrə hazırlayan: M. Axundov.- Bakı: Şərq-Qərb, 2006.- 280 s.

Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türk yazıçılar Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları

Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Türk dilində yazan yazıçılar