Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr MişonZümrüd. 117 yaşlı Azərbaycan kinosu: 2 Avqust Azərbaycan Milli Kino Günüdür //Səs.- 2015.- 1 avqust.- S.12. tərəfindən 1898-ci ildə çəkilmişdir.Cəvahir. Milli kinomuzun tarixi — "Bibiheybətdə neft fontanı": [Bakılı Aleksandr Mixayloviç Mişonun eyniadlı sənədli filmi] //Mərkəz.- 2008.- 2 avqust.- S. 2. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.
Məzmun İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 6
Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir.
Film haqqında Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür."Bakinski raboçi" qəzeti, 15 avqust 1996-cı il Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Dövlət Film Fondunda qorunub saxlanılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 7
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.
Xarici keçidlər Filmi izlə (https://www.youtube.com/watch?v=t0gdUdSGo5g )
Kateqoriya:1898-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın qısa səssiz filmləri Kateqoriya:Rusiyanın ağ-qara filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri