Məckəxacə — Azərbaycan Respublikasının Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Məckəxacə oyk., miir. Cağacıq çayının sahilində, dağətəyi ərazidədir. Əsl adı Mahcəkə Xacə olmuşdur. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim tat dilindəki mah (dayanacaq), cəkə (yer) və xacə sözlərindən ibarət olub, “xacənin dayanacaq yeri, düşərgəsi” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 392 nəfər əhali yaşayır. Məçkəxacə kəndinin əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri