Qabriel Batistuta () – Argentinalı keçmiş futbolçu. FIFA tərəfindən yaşayan ən yaxşı 125 futbolçu arasına seçilmişdir. İtaliya A Seriyasında 1991–2003 illəri arasında oynadığı 318 matçda vurduğu 184 qol ilə liqanın qurulduğu tarixdən bu yana ən çox qol vuran səkkizinci futbolçu ünvanına malikdir. Argentina Milli Futbol Komandasında vurduğu 56 qol ilə Argentina Milli Komandasında ən çox qol vuran ikinci futbolçusu.
Karyerası 1994, 1998, 2002-ci il Dünya çempionatlarının iştirakçısı. Bir çox məşhur futbol klublarında, o cümlədən İtalyanın "Fiorentina", "Roma", İnter Milan kimi komandalarının şərəfini qorumuşdur.
Qabriel Ömər Batistuta, Peşəkar futbol həyatına 1988-ci ildə ölkəsində Newell's Old Boys komandasında başlayan Batigol, 1989/1990 mövsümündə River Plate, 1990/1991 mövsümündə isə Boca Juniorsda oynayıb. 1991-ci ildə ACF Fiorentina klubuna keçən Batistuta, 1993-də Fiorentinanın Serie B'yə düşməsinə baxmayaraq komandasından ayrılmadı. Komandasının Serie A'ya geri yüksəlişində böyük rol oynayaraq daha böyük tərəfdar kütləsinin sevgisini qazandı. 2000-ə qədər ACF Fiorentinada oynayan Batistuta artıq ACF Fiorentinanın simvol futbolçularından biriydi. AS Romayla razılaşan Batigol Romadakı ilk mövsümündə Serie A'ya çempionluğu yaşatdı. Qısa bir müddət İnter Milan klubunda oynayıb AS Romaya geri dönən Batigol 2003-də Qatarın Al Arabi komandasına transfer oldu və peşəkar futbolçuluq karierini 2006-cı ildə orada son qoydu. Batistuta ayrıca dünya kubokunda ən çox qol vuran oyunçular arasındadır.
Müvəffəqiyyətləri Serie A Çempionluğu (with A. S. Roma) 2000–2001. İtaliya Super Kuboku (ACF Fiorentina ilə) 1996, (A. S. Roma ilə) 2001. Argentina Futbol Yazıçıları ilin Futbolçusu Mükafatı 1998. İtaliya Kuboku (ACF Fiorentina ilə) 1995–1996, (A. S. Roma ilə) 2000–2001. Serie B Çempionluğu (ACF Fiorentina ilə) 1993–1994. Serie A Qol Krallığı 26 gol (ACF Fiorentina ilə) 1994–1995. Copa América Çempionluğu (Argentina Milli Futbol Komandası ilə) 1991, 1993. Copa América Qol Krallığı, 6 qol (Argentina Milli Futbol Komandası ilə) 1991.
İstinadlar
Kateqoriya:Argentina futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:Argentinada doğulanlar Kateqoriya:FİFA 100 Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Legioner Argentina futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:River Pleyt FK futbolçuları Kateqoriya:Boka Xuniors FK futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:İtalyanəsilli argentinalılar Kateqoriya:Qətərdə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları