Məlik-Aslanovlar — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hal-hazırda, etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir.
Soyun yaranması Erkən sənədlərdə bu soyun əcdadları Anadoludan çıxıblar — türk və o cümlədən qipçaklar olduğuda göstərilir. — Историк Ризван Гусейнов. Oct 20, 2024. CBC TV Азербайджан. Dinləri isə Alban-xristian dininə aid idi. Cənubi Qarabağda Alban irsinin əvvəlki gücünü, dinini və mədəniyyətini yenidən yaradıb qaytaran alban tayfası olub. Orta əsrlərin sənədlərində bu sülalə artıq 1478-ci ildə qeyd olunur. www.udi.az — 17 марта 2012 Onlar Şərqi Gürcüstanın Lori və Somhiti Məliklərinin qəbiləsinin nəsillərinə aid olduğları bildirilir. Həmçinin, kifayət qədər geniş torpaqların sahibləri kimi vurğulanırlar. Artan çəkişmələr və qonşuların təzyiqi səbəbindən, xüsusilə də qohumu Elizbar tərəfindən zorla ата-бабalarına məxsus olan Pambak dərəsini və Lorinin bir hissəsini ələ keçirdikdən sonra, qəbilənin başçısı Luka öz əcdadlarının mülkünü tərk edir və əqrəbası ilə 1717-ci ildə Qarabağ bəylərbəyiliyinin ən qədim tarixə və mədəniyyətə sahib kəndlərindən biri olan Dizaq mahalının Tuğ kəndinə köçmək məcburiyyətində qalır. — cтp.96–102 Qısa bir müddət ərzində Lukanın ailəsi ətraf obalarda hörmət qazanır və onun varisləri Məlik taxtına qalxırlar. Gələcəkdə onların bir hissəsi Islamı qəbul edəcək. www.nedelia.az — 08 сент. Demək olar ki, 100 il ərzində onlar Qarabağ xanlığı tərkibində olan beş Məliklikdən ("Qarabağ beşliyi") birini Dizaq mahalını idarə edəcəklər. Nəslin belə uğurunun əsas səbəblərindən biri də, bəzən ziddiyyətlərə baxmayaraq, uzun illər boyu onlara qarşı şahlar və xanlar tərəfindən layiqli münasibət bəstələnib. 1805-ci ildə, Mehdiqulu xan Cavanşir (1806–1822) dövründə, qövmün böyüyü Məlik Aslan bəy Dizaq mahalının son məliyi və naibi olur. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: 1822-ci ildə Mehdiqulu xan xanlığı tərk edərək İrana gedir, bununla da belə Qarabağ xanlığı ləğv edilir və Qarabağ əyaləti adlandırmağa başlanır. Beləliklə, Dizak Məlikliyinin erası və Məliklərin hakimiyyəti başa çatır. Bundan sonra isə Məlik Aslan bəyin uruğu Məlik-Aslanov soyadını daşıyacaq. Azərbaycanın tanınmış soylarından biri olan Məlik-Aslanovlar nəslinin nümayəndələri XVIII-XX əsrlərdə Cənubi Qarabağın inkişafında əhəmiyyətli töhfələr veriblər. — Историк Ризван Гусейнов. May 19, 2025. CBC TV Азербайджан. Qarabağ Məliklərinin bu cinsindən olan bir çox məşhur şəxsiyyətlər çıxıb. Həmçinin, onlar Tuğda, Hadrutda, Qarabulağda, Qaryaqinda (indiki Füzuli) böyük iz qoyub gediblər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ailənin bəzi üzvləri mühacirətə gedir, bir qismi isə 20–30-cu illərin repressiyaları zamanı respublikanın cəza orqanlarının diqqətindən bir növ yayınıb qorunmaq üçün ulularının soy adını "Aslanov" familiyasıyla əvəz etməyə məcbur olmuşlar. Bu gün Məlik-Aslanov soyunun nümayəndələrinə ABŞ-da, Almaniyada, Fransada, Kanadada, Niderlandda, Rusiyada, Türkiyəda rast gəlmək olar. Onlar Məlik-Aslani, Məlik-Aslan kimi təmsil olunurlar.
Soyun tanınmış nümayəndələri Abdulla bəy Məlik-Aslanov Fərhad bəy Məlik-Aslanov Firudin bəy Məlik-AslanovKateqoriya:Məlik-Aslanovlar Xosrov Məlik-Aslanov Xudadat bəy Məlik-Aslanov İsmət Aslanov Lütfəli Məlik-AslanovKateqoriya:Məlik-Aslanovlar Mehdi bəy Məlik-Aslanov Məlik Aslan bəy Muxtar Aslanov Nəcəf bəy Məlik-Aslanov Püstə xanım Məlik-Aslanova Ramiz Məlik-Aslanov Sadıx bəy Məlik-Aslanov
Vikipediyada göstərilməyən soyun nümayəndələri:
Abdulla Məlik-Aslanov (1958, Qaryaqin, Azərbaycan SSR) Adıl Məlik-Aslanov (18 mart,1949, Bakı, Azərbaycan SSR – 31 mart, 2020, Bakı, Azərbaycan Respublikası) — Adıl ötən əsrin 60–70-ci illərində parlayan məşhur Bakılı oğlanlar KVN (Şən və hazırcavablar klubu) komandasının fəal üzvü idi. Bakının mədəni həyatında fəal iştirak etmişdir. Qorxma, mən səninləyəm! 1919 (film, 2013) filmində Sədrlik edənin rolunu oynamışdır. Aliya xanım Məlik-Aslanova (1936, Azərbaycan SSR – 2000, Bakı, Azərbaycan Respublikası) Aslan bəy Məlik-Aslanov (1853, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1926, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası) Xuraman xanım Aslanova (17 dekabr, 1915, Qaryaqin, Rusiya imperiyası – 25 iyul, 1978, Bakı, Azərbaycan SSR) Kərim Aslanov (1929, Azərbaycan SSR – ?, Bakı, Azərbaycan Respublikası) — Ötən əsrin 60–80-ci illərində Dövlət Bankının Füzuli rayonunun filialının Sədri olmuşdur. El arasında onu "Bank Kərim" adlandırırdılar. Qəhraman bəy Məlik-Aslanov (1874, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1926, Sovet höküməti tərəfindən qüllələnib) Leyla xanım Aslanova (1933, Azərbaycan SSR – 2002, Bakı, Azərbaycan Respublikası) — Leyla xanım Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun məzunu olub. Uzun illər "Dənizneftqazlayihə" ("Gipromornefteqaz") Elmi-Tədqiqat və Layihə İnstitutunda kimya mühəndisi kimi əmək fəaliyyəti göstərib. Öz övladı olmmasa da, həyat yoldaşı Əziz Xələfovun uşaqlarını layiqincə böyüdüb. Bunun bariz nümunəsi — Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovadır. Mehdi Aslanov (12 yanvar, 1915, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 26 may, 1979, Bakı, Azərbaycan SSR) — Mehdi Qaryaginda orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə köçür və 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olur. Universiteti bitirdikdən sonra Qırmızı Ordu sıralarına çağırılmışdır. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 1941-ci ildən 1945-ci ilə qədər cəbhəyə göndərilmişdir və artilleriya bölmələrində xidmət etdirdi. Medallarla təltif olunub. Müharibədən sonra riyaziyyat müəllimi, xalq təhsili şöbəsində metodist işləmişdir. Ötən əsrin 50-ci illərinin ikinci yarısından ömrünün sonuna qədər 199 və 135-ci məktəblərin direktoru vəzifəsində çalışıb. 26 may 1979-cu ildə, 135 nömrəli məktəbdə, "Son zəng" ilə bağlı keçirilən şənliklər zamanı işdə ürək tutmasından vəfat etmişdir. Şamaxının tanınmış Səlimbəyovlar soyunun nümayəndəsi Fatimə xanımla ailə həyatı qurmuşdu. Məhəmməd bəy Məlik-Aslanov (19 fevral, 1877, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 16 aprel, 1960, Bakı, Azərbaycan SSR ) — Məhəmməd bəy geniş torpaq və əmlak sahibi idi. Mir Mehdi Xəzaninin nəvəsi, Hacı Ələkbər bəy Nəsirbəyovun kürəkəni olub. Şirin bəy Məlik-Aslanov (1803, Tuğ – 1863, Tuğ) — Şirin bəy mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini bilirdi. Çar ordusunda qulluq etmişdi. Praporşik rütbəsi vardı. Təxəllüsü "Dizaqlı" idi. Şövkət xanım Aslanova (22 sentyabr, 1912, Qaryaqin, Rusiya imperiyası – 13 dekabr, 2005, Bakı, Azərbaycan Respublikası) — Şövkət xanım Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Göyçay rayonuna bir neçə rayonunun birləşmiş xəstəxanasının Baş həkimi vəzifəsinə təyin edilmişdi. 1948-ci ildə Bakı şəhər dəri-zöhrəvi veneroloqiya dispanserinin Baş həkimi vəzifəsinə köçürülmüşdür. Və 1973-cü ilə qədər, 25 il ərzində, həmin vəzifədə çalışmış, eyni zamanda Bakı şəhərinin Baş dəri-zöhrəvi veneroloqu olmuşdur. 1974-cü ildə Ramana qəsəbəsinə, yaradılmasında və açılışında bilavasitə iştirak etmiş, 34 saylı qapalı tipli xəstəxanaya Baş həkim kimi göndərildi. 1983-cü ildə təqaüdə çıxıb, ümumilikdə 49 il davamlı olaraq müxtəlif tibb müəssisələrində Baş həkim işləyib. Qəsəbə, rayon və bir neçə çağırış Bakı şəhərinin deputatı seçilmişdir. Medal, SSRİ-i və Azərbaycan SSR-i dövlət orqanlarının çoxsaylı Diplom və Fəxri Fərmanları ilə təltif edilmişdir. Teymur bəy Məlik-Aslanov (1889, Tuğ, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1974, Hyuston, Texas, ABŞ).
Qalereya
Həmçinin bax Tuğ Azərbaycan zadəganlığı Qarabağ bəylərinin siyahısı
Nəsil şəcərəsi
Ədəbiyyat Фарида Мамедова. К вопросу об албанском (кавказском) этносе. История Азербаиджана по документам и публикациям. — Баку:Элм, 1990. C. 27–33 ISBN 5-8066-0269-9 Думин С.В. «Князья Меликовы (Меликишвили)». // Думин С.В., Чиковани С.В. Князья Царства Грузинского./ Дворянские роды Российской империи. Москва, 1998. Т.IV.
Mənbələr Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.290. Op.23. D.15402. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.10 (Zaqafqaziya Xəzinədarlıq Palatası). Op.1. D.11. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.10 (Zaqafqaziya Xəzinədarlıq Palatası). Op.1. D.135. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.43 (Bakı Xəzinədarlıq Palatası). Op.2. D.7347. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. F.44 (Bakı quberniya şurası). Op.1. D.590a. N. A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 23–25 ISBN 5-86871-204-4 E. E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh. 163–169 ISBN 9952-25-001-0 Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh. 48–57. Ənvər Çingizoğlu. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri Toplusunda nəşr edilmiş məqalələrin siyahısı. Onbirinci buraxılış. Bakı: "AVE Print" MMC, 2023. səh. 232 ISBN 978-9952-559-30-9
İstinadlar Kateqoriya:Məlik-Aslanovlar Kateqoriya:Azərbaycan soyları Kateqoriya:Azərbaycan ailələri Kateqoriya:Azərbaycan bəy soyları Kateqoriya:Azərbaycan məlik soyları Kateqoriya:Azərbaycan soyadları Kateqoriya:Əlifba sırasına görə soylar