Varlıq — fəlsəfi kateqoriya olub, şüurdan asılı olmayaraq obyektiv reallığın- kosmos, təbiət və insanın mövcudluğudur. Varlıq anlayışı geniş və dar mənada işlədilir. Geniş mənada dünyada mövcud olan hər şey varlığa daxil edilir. Sözün məhdud mənasında (dar) varlıq dedikdə insanların şüürundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv reallıq başa düşülür. Fəlsəfədə varlıq terminini ilk dəfə antik dövrün tanınmış filosoflarından biri olan Parmenid işlətmişdir. O varlıq haqqında əsərində göstərirdi ki, "Varlıq" hərəkət etmir, dəyişməzdir və mükəmməldir. Demokritin atomist təlimi hesab edirdi ki, varlıq bölünməz kiçicik hissəciklərdən — atomlardan və boşluqdan ibarətdir. Varlığın 4 forması mövcuddur: Əşyaların və proseslərin varlığı, insanın varlığı, mənəvi varlıq, sosial varlıq

Ədəbiyyat Adil Əsədov. Varlığın fəlsəfəsi və onun metafizika məzmununda tərdimatı mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: İkinci bölüm - Varlığın fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2025. s.24-55

Adil Əsədov. "Varlıq nədir?" mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: İkinci bölüm - Varlığın fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2025. s.56-97

İstinadlar

Kateqoriya:Din Kateqoriya:Reallıq Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Ontologiya Kateqoriya:Epistemologiya Kateqoriya:Epistemologiya anlayışları Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Fəlsəfi nəzəriyyələr Kateqoriya:Metafizika nəzəriyyələri Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi anlayışları Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi nəzəriyyələri