Harri Potter və Sirlər Otağı () - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar.
Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər.
Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər. İnstitusional hakimiyyət özünə xidmət edən və səriştəsiz kimi təsvir olunur. Roman həm də romanlar seriyasından olan sonuncu roman olan “Harri Potter və Ölüm Hədiyyələri” romanı ilə əlaqəlidir.
Romanın film adaptasiyası 2002-ci ildə çıxarılmış və 600 milyon ABŞ dolları gəlirlə filmlər seriyasının üçüncü ən çox gəlir gətirən filmi olmuş, həmçinin tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. “Harri Potter və Sirlər Otağı” əsasında müxtəlif platformalar üçün oyunlar da hazırlanmış və bu oyunlar əsasən müsbət rəylər almışdır.
Məzmunu 180px|thumbnail|left|Hoqvartsda tələblərə Mandraqora adlı, qışqıran köklərə malik sehrli bitkilərin əkilməsi və onlardan iksir hazırlanması öyrədilir. Roman Harrinin, yeganə qohumları olan Durslilərin evində daha bir darıxdırıcı yay keçirməsi ilə başlayır. Harrinin xalası və xalasının əri tərəfindən verilən nahar zamanı ev-elfi olan Dobbi Harrinin yataq otağına girir və xəbərdarlıq edir ki, əgər Harri Hoqvartsa qayıtsa çox pis hadisələr baş verəcək. Harri buna etiraz edir və Dobbi mətbəxə keçərək Durslilərin mətbəxində səliqəsizlik yaradır, nəticədə Harri otağında həbs edilir. Harri, Ron, onun qardaşları Fred və Corc tərəfindən uçan maşının köməkliyi ilə Durslilərin evindən qaçırılaraq yay tətilinin qalan hissəsini Uzililərlə birgə keçirir. Məktəb ləvazimatlarını almaq üçün Çəpəki küçəyə gedərkən, Harri təsadüfən xiyabanın Qara magiya ilə bağlı ləvazimatlar satılan hissəsinə gedib çıxır, burada Malfoy ailəsinin Qara magiya ilə bağlı əşyaları evində saxladığını öyrənir. Daha sonra Harri Haqrid tərəfindən tapılaraq Çəpəki küçəyə aparılır.
Uizlilərlə birlikdə tədris üçün lazım olan kitabları almaq üçün dükana girərkən onlar məşhur sehrbaz Gilrdey Lokart kitab imzaladığını və ətrafına çoxlu adamın toplaşdığını görürlər. Lokart təntənəli şəkildə bu il Hoqvarsda Qara Qüvvələrdən Müdafiə fənnini tədris edəcəyini bildirir və özünü reklam etməyə olan sevgisini göstərərk, Harri ilə şəkil çəkdirir. Bir müddət sonra vağzalda Uzililər Harri və Rondan ayrılırlar. Uşaqlar Platforma 9 ¾-ə keçə bilmirlər və Uzlilərin uçan maşını ilə Hoqvartsa getmək qərarına gəlirlər. Uçuşun sonuna yaxın Ron maşına nəzarəti itirir və uşaqlar Hoqvarts yaxınlığında ağaca çırpılırlar, ağac da bu zərbəyə cavab olaraq maşını vurur. Ron və Harri qaçaraq ağacdan canlarını qurtara bilsələr də, Ronun sehrli çubuğu sınır. Növbəti gün Ron anası Molli Uizlidən hədələyici məktub alır və anası növbəti dəfə yanlış hərəkət edəcəyi halda Ronu məktəbdən uzaqlaşdıracağı ilə hədələyir.
Məlum olur ki, Lokart heç də qeyd edildiyi kimi yaxşı sehrbaz deyil və o, uşaqlara sehr tədris etməkdən daha çox öz "qəhrəmanlığ"ından danışır. Hellouin bayramı zamanı məktəbin xidmətçisi Fliçin pişiyi Mrs. Norris daşlaşmış şəkildə tapılır. Divarda isə yazılır: “Sirlər otağı açılıb, varisin düşmənləri, çəkinin”. Harri, Ron və Hermiona müəyyənləşdirirlər ki, Hoqvartsın banilərindən biri olan məşhur sehrbaz Salazar Slizerin qəsrdə gizli otaq inşa edib və bu otaqda Slizerinin varisinin idarə edə bildiyi bədheybət yaşayır. 180px|thumbnail|right|Malfoyların ev elfi Dobbi roman boyu Harrini xilas etməyə çalışır və sonda Harri onu azad edir. Uşaqlar baş verənlərdə Drako Malfoydan şübhələnirlər və buna görə də onun özündən hər şeyi öyrənmək qərarına gəlirlər. Bunun üçün Drakonun sirlərini bölüşdüyü dostlarının cildinə girmək lazım gəlir ki, uşaqlar bunun üçün əksinə çevirmə iksiri hazırlayırlar. İksirin hazırlanması üçün məkan olaraq Ağlağan Mirtl adlı ruhun yaşadığı və çoxdan istifadə olunmayan qızlar tualeti seçilir.
Qviddiç oyunu zamanı Harrinin qolu qırılır, lakin o, sniçi tutur və Qriffindor qalib gəlir. Lokans Harrinin sınmış sümüyünü düzəltmək istəsə də, səhv sehr oxuduğundan sümükləri tamamilə yox edir. Sümüklərin yenidən yetişdirilməsi üçün bir gün Harrinin xəstəxanada yatması lazım olur və bu zaman Dobbi yenidən Harrinin yanına gəlir. Qviddiç oyunu zamanı baş verən qəribə hadisə nəticəsində Harrinin qolunun sınmasında özünün günahkar olduğunu bildirir və Harrini qorumaq istədiyini söyləyir. Qısa zaman sonra qəsrdə daha bir hücum olur və Kolin Krivi daşlaşır.
Lokartın duel klubunda Harri Drako ilə qarşılaşır, ikinci Harriyə hücum etməsi üçün ilan yaradır və ilan tələbələrdən biri olan Castin Finç-Flitçliyə hücum etməyə çalışır. İlanı dayandırmağa çalışan Harri özü də bilmədən ilan dilində danışmağa başlayır. Harrinin gizli bacarığının – Salazar Slizerin də ilan dilində danışa bilirdi – üzə çıxması hamını təəccübləndirir, insanlar Harrinin Slizerinin varisi ola biləcəyini düşünürlər. Bir müddət sonra Castin Finç-Flitçli və Demək olar ki, başsız Nikin daşlaşmış cəsədlərini tapırlar. 170px|thumbnail|left|Dambldorun Simurq quşu Harrini xilas edir Milad bayramı zamanı Harri və Ron artıq hazır olan iksiri istifadə edərək Drakonun dostları Krebb və Qoylun cildinə girirlər. Drako ilə söhbət zamanı uşaqlar müəyyən edirlər ki, Slizerinin varisi o deyil, üstəlik bu Sirlər otağının ilk açılışı da deyil, belə ki, əlli il əvvəl də kimsə bu otağı açıb və o zaman da çoxlu qarışıq hadisələr baş verib.
Bir neçə ay sonra Harri Mirtlın tualetində gündəlik tapır. Gündəliyin üstündə onun “Tom Ridl” adlı birinə aid olması yazılıb. Gündəliyin içi boş olur. Daha sonra onlar öyrənirlər ki,bu günlük mesajlaşma (Harri yazını yazır və Tom ona cavab verir) üçündür. Uşaqlar Tom Ridlın 50 il əvvəl Hoqvartsda təhsil aldığı, Sirlər otağını açan adamı aşkarladığına görə mükafatlandırıldığını və həmin dövrdə Haqridin məktəbdən uzaqlaşdırıldığını müəyyən edirlər. Bir müddət sonra Harrinin otağında oğurluq baş verir və gündəlik yoxa çıxır. Bundan sonra Hermiona və Ravenklav fakültəsindən Penelopa Klirvoter daşlaşmış şəkildə tapılırlar. Harri və Ron nəhayət ki, hər şeyi Haqriddən soruşmaq qərarına gəlsələr də, Sirlər otağının yenidən açılması səbəbiylə Sehr Nazirliyi Haqridi həbs edərk Azkabana aparır. Haqrid getməmişdən əvvəl uşaqlara gizli mesaj ötürərək hörümçəkləri izləmələrini söyləyir. Uşaqlar Haqridin sözünə əməl edərək hörümçəkləri izləyir və Qadağan olunmuş meşəyə gedirlər. Burada onlar nəhəng hörümçək olan Araqoqla qarşılaşırlar. Araqoq onlara əlli il əvvəl uşaqları kimin öldürdüyünü söyləyir, Haqridin günahsız olduğunu və öldürülən qızın tualetdən tapıldığını deyir. Uşaqlar nəhəng hörümçəklərin koloniyasından qaçırlar. Harri həm də dəqiqləşdirir ki, əlli il əvvəl Sirlər otağı açılarkən öldürülən tələbə Ağlağan Mirtl olub. 180px|thumbnail|right|Harri Sirlər Otağında Vasilisk adlı qədim canlı ilə qarşılaşır. Harri və Ron daşlaşmış Hermionanın əlində sıxdığı kağızdan öyrənirlər ki, uşaqlara hücum edən bədheybət Vasilisk adlı nəhəng ilandır, kim onun gözlərinə baxsa ölür, kim onu dolayı (ayna ilə, su ilə və s.) görsə daşlaşır. Onlar müəyyən edirlər ki, Sirlər otağının qapısı Mirtlın tualetində yerləşir və Harri ilan dilində danışaraq qapını açır. Harri və Ron Hoqvartsdan qaçmağa çalışan Lokartla birlikdə Sirlər otağına gedən gizli yola daxil olurlar. Lokart Ronun sehrli çubuğunu oğurlayaraq uşaqlara yaddaş silmə tilsimi oxumağa çalışır, lakin tilsim onun özünü tutur. Gizli yol dağıldığına və arakəsmə yaratdığı üçün Harri mağaraya tək girməli olur.
Sirlər otağının içində Harri Cinni Uizlini tapır və onun enerjisi ilə qidalanaraq fiziki görünüş əldə edən Tom Ridlla qarşılaşır. Aydınlaşır ki, bütün bunları Cinni, özündən asılı olmayaraq (Tomun ovsununa görə) edib. Tom Harridən onun necə sağ qaldığını soruşur. Və daha sonra Harrinin çubuğu ilə havada "Tom Narvolo Reddl" yazır. Hərflər yerin öz-özünə dəyişərək, "Lord Voldemort" olur, Harry başa düşür ki, qarşısındakı Voldemordun 15 yaşındakı halıdır.
Ridl daha sonra Vasilisi çağıraraq Harriyə hücum etməsini əmr edir. Harrinin bədheybət tərəfindən öldürülməsi üçün heç bir maneə qalmadığı halda Dambldordan kömək gəlir, onun simurq quşu və seçici papaq Harriyə kömək etməyə çalışır. Simurq Vasiliskin gözlərini çıxardır. Papağın içində peyda olan Qriffindorun qılıncı isə Harriyə Vasiliski öldürməyə kömək edir. Daha sonra yaralanan Harri Vasilskin dişini gündəliyin ortasına sancır və Tom Reddl məhv olur. Daha sonra simurq quşunun köməkliyi ilə Harri, Ron, Cinni və Lokart Sirlər otağından çıxırlar. Gündəliyi Cinninin kitablarının arasına Lusius Malfoy (Drako Malfoyun atası) qoyduğu məlum olur. Harri gündəliyin arasına corab qoyaraq onu Malfoya verir, o isə öz növbəsində Dobbiyə ötürür, beləcə Dobbi azad olur. Yaddaşını itirmiş Lokart müəlicə olunmaq üçün Hoqvartsdan uzaqlaşdırılır. Bütün bunlardan sonra yay tətilini keçirmək üçün Harri yenidən maqlların yanına qayıdır.
Nəşri və qəbulu İnkişaf
Roulinq “Harri Potter və Sirlər Otağı”nı tamamlamağa çətinlik çəkirdi, çünki bu romanın “Harri Potter və Fəlsəfə Daşı" (ABŞ-də “Harri Potter və Sehrbaz Daşı”) romanından sonra yaranmış ümidləri doğrultmayacağından qorxurdu. Plan üzrə əlyazmanın “Bloomsbury” nəşriyyatına verilməsindən sonra, müəllif onu yenidən altı həftəlik baxış üçün geri götürmüşdü.
Romanın ilkin versiyasında Demək olar ki, başsız Nik öz vəziyyətindən bəhs edən nəğmə oxuyur. Bu hissə romandan çıxarılmışdır, çünki nəğmə redaktorun xoşuna gəlməmişdi. Lakin Roulinq əlavə material kimi onu öz saytında yayımlamışdır. Den Tomasın ailəsi ilə bağlı məlumatlar da romandan çıxarılmışdır, çünki həm yazıçı, həm də onun naşirləri bu məlumatları “əlavə yüklənmə” hesab edirdilər və yazıçı qeyd edir ki, romanın əsas məzmunu üçün Nevil Uzunətəyin özünün sərgüzəştləri daha maraqlı idi.
Nəşr
Harri Potter və Sirlər Otağı BK-da 2 iyul 1998-ci ildə, ABŞ-də isə 2 iyun 1999-cu ildə nəşr edilmişdir. Kitab qısa zamanda Britaniyanın ən çox satılan kitablar siyahısında birinci yer tutaraq Roulinqin Con Qrişam, Tom Klensi və Terri Pratçett kimi nüfuzlu uşaq yazarlarını geridə qoyaraq iki il ard-arda “Britaniya Kitab Mükafatı”nı qazanan müəllif olmasına səbəb olmuşdur. 1999-cu ilin iyununda isə kitab ABŞ-də eyni nəticəni göstərərək, “The New York Times” siyahısı da daxil olmaqla bütün kitab siyahılarında birinci yerdə qərarlaşmışdır.