"Sadə ədədlərin tənhalığı" () — rejissor Saverio Kostandzonun filmi.

Məzmun Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?

"Sadə ədədlərin tənhalığı" filmi yalnızlıq, sevgi və keçmişin nəticələrindən bəhs edən təsiredici fikir ifadəsidir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Saverio Kostandzo, Paolo Cordano Rejissor: Saverio Kostandzo Operator: Fabio Çinketti Bəstəkar: Mayk Patton Prodüserlər: Filipp Kryuze, Mario Caynani, Enn-Dominik Tüsseint

Rollarda İzabella Rossellini Alba Rauvoke Filippo Timi Luka Marinelli Maurisio Donadoni

İstinadlar

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu ilin Fransa filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Fransanın dram filmləri