Alen Delon (, ) — fransız aktyoru.
Həyatı Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına baxmayaraq ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi. O, boş vaxtlarında idmanla – velosport və boksla məşğul oldu. Tez-tez filmlərə baxmaq üçün kinoteatrlara getməyə başladı. 17 yaşına çatanda Alen Delon Çin-Hindistan müharibəsinə yola düşdü. Burada gördükləri, yaşadıqları yeniyetmənin həyatında dərin izlər buraxdı. O orduda da özünü sərbəst apardığına görə, rütbəsi üç dəfə endirib, amma sonradan bərpa edilmişdir.
Ölümü 18 avqust 2024-cü il tarixində "uzun sürən xəstəlik" nəticəsində vəfat edib.
Ailəsi Karyerasında yenicə məşhurlaşmağa başladığı dövrdə dönəmin məşhur aktrisalarından biri hesab edilən Rommi Şnayder onunla eyni filmdə "Kristina"da oynamağa razılıq verəndə Alen sənət aləmində tanınmırdı da. Onların tanışlığı çox qısa müddətdən sonra məhəbbətə çevrildi və cütlük uzun müddət eyni mənzildə yaşamalı oldular. Sonradan hətta evlənməyə qərar versələr də bu baş tutmadı.
Ümumiyyətlə, müxtəlif sevgi macəraları yaşayan Alen Delonun həyatında nə qədər qadının olduğunu heç aktyorun özü də bilmir. Ancaq məlumdur ki, Natali ilə olan evlilikdən onun Entoni adlı bir oğlu da var.
Karyerası 1956-cı ildə Alen Delon hərb ilə üzülüşdü və Parisə dönərək yaxın dostlarından biri ilə kirayə ev tutdu. Özünə bəyəndiyi bir iş tapa bilmədiyi üçün fərqinə varmadan hər bir sahədə çalışmağa başladı: qəzet payladı, ofisiantlıqla məşğul oldu, amma belə demək mümkünsə, tale onun üçün başqa yol seçdi. Həyat onu Hollivud üçün gənc istedad "ovuna" çıxan Harri Uilsonla qarşılaşdırdı. Kino mütəxəssisi gəncin daxilindəki aktyorluq istedadını hiss etdiyi üçün onu özü ilə aparmaq qərarına gəldi, amma bundan ötrü Alendən üç ay ərzində ingilis dilini öyrənmək tələb olunurdu. Bu hadisədən xəbər tutan fransız rejissoru Alleqre onu filmlərindən birində ikinci dərəcəli rola dəvət etdi. Artıq bu gənc Alen üçün həyatın sürprizi, şansı idi və o, Amerikaya getməkdən vaz keçdi, "Qadınlar işə qarışanda" filmində qanqster obrazını yaratmaqla özünün kino karyerasına başladı. Ardınca – 1958-ci ildə onun oynadığı "Gözəl ol, sus" ekran əsəri tamaşaçılar qarşısına çıxdı. Düzdür, bu rollarda Alen şedevrə imza atmasa da tamaşaçıların rəğbətini qazana bildi. Elə bu rəğbətə görə də həmin il növbəti təklif özünü çox gözlətmədi. "Kristina" filmində çəkildi və uğur qazandı. "Zəif qadın"dan sonra Azərbaycan tamaşaçılarına da yaxşı məlum olan "Rokki və qardaşları"nda rol aldı. Yaratdığı rəngarəng obrazlar aktyoru tamaşaçıların sevimlisinə çevirdi. Qısa müddət ərzində məşhurlaşan gənc aktyor fransız kinosunun şedevri sayılan Jan Qabenin də diqqətini çəkdi. Onların tanışlığı 1962-ci ildə ekranlaşdırılan "Zirzəmidən eşidilən melodiya" filmindən başladı və uzun müddət davam etdi. Həmin ekran əsəri qazandığı müvəffəqiyyətə görə "Qızıl qlobus" mükafatına təqdim olundu. 1964-cü ildə İspaniyada çəkilən "Qara zanbaq" filmi ilə Delon bir daha tamaşaçıların ürəyini fəth etdi. Bir il sonra Alen Hollivuda dəvət alır. Aktyor burada bir neçə filmdə rol aldı, amma səmimiyyətlə demək olar ki, Alen Delonun Hollivuddakı filmlərini heç də uğurlu adlandırmaq olmaz. Bunu aktyorun özü də duyurdu. Bəlkə də elə buna görə də Alen yenidən vətəninə döndü və biri-birinin ardınca gözəl obrazlar yaratmağa nail oldu. Rober Enrikonun "Macəra axtaranlar" lentində çəkildiyi rolu tamaşaçılar böyük rəğbətlə, hərarətlə qarşıladılar. Ardınca "Samuray" və məşhur "Zorro" filmlərindəki oyunları ilə Alen bir daha sübut etdi ki, o, möhtəşəm aktyordur. Onun baş rol aldığı "Hovuz", "Bəbir", "Yatmış komissarı oyatmayın","Kazanovanın qayıdışı","2 nəfərə bir şans" və s. filmlər həmişə böyük maraqla izlənilib. "Bizim tariximiz"filmindəki ən yaxşı kişi roluna görə "Sezar" mükafatına da sahib olub.1980-ci ildə Sovet-Fransa-İspaniya-İsveçrənin birgə çəkdiyi "Tehran-43" filmindəki İnspektor Foş rolunu canlandırmış və tamaşaçıların dərin rəğbətini qazanmışdır. 2008-ci ildə "Asteriks Olimpiya dağların da" və 2012-ci ildə çəkilmiş"Analar, Yeni iliniz mübarək" filmləri ilə karyerasına son qoymuşdur.
Filmoqrafiya İlFilmRol2012Happy New Year, mothers! (С новым годом, мамы!)2008Asteriks Olimpiya OyunlarındaYuli Sezar2006L'Instinct de mort2004Frank RivaFrank Riva2003Frank RivaFrank Riva1999Les ActeursÖzünü canlandırıb1997Une Chance sur deuxJulien Vignal1996Le Jour et la nuitAlexandre1994Les Cent et une nuitsL'acteur d'un jour1993L'Ours en peluche1992Un CrimeMaitre Charles Durand1990Nouvelle vagueL'homme1990Dancing machineAlan Wolf1988Ne réveillez pas un flic qui dortcommissaire Eugène Grindel1985Parole de flicDaniel Pratt1984Notre histoireRobert Avranche1984Le PassageJean Diaz1983Le BattantJacques Darnay1983Swann in LoveBaron de Charlus1982Le ChocMartin Terrier1981Pour la peau d'un flicChoucas1980Trois hommes à abattreMichel Gerfaut1980Tehran-43 (Teheran 43. Nid d'espions)Georges Foche1979Le ToubibJean-Marie Desprès1979The Concorde: Airport '79Paul Metrand1978Attention, les enfants regardentL'homme1977Le GangRobert le Dingue1977Mort d'un pourriXavier Maréchal1976Monsieur KleinRobert Klein1976ArmaguedonDr. Michel Ambrose1976Comme un boomerangJacques Batkin1976L'Homme presséPierre Niox1975Flic StoryRoger Borniche1975Le GitanLe Gitan1974ZorroDiego/Zorro1974Les Seins de glaceMarc Rilsen1974Borsalino & Co.Roch Siffredi1973Deux hommes dans la villeGino Strabliggi1973La Race des seigneursJulien Dandieu1973Les Granges brûléesLarcher1973ScorpioJean Laurier, alias Scorpio1973Les Grands fusilsTony Arzenta1972Traitement de chocDevillers1972Il était une fois un flicRodriguezi axtaran adam1972Le ProfesseurDaniele Dominici1971Un FlicColeman1971La Veuve CoudercJean1971Soleil RougeGauche1971Fantasia chez les ploucsA caïd1971The Assassination of TrotskyFrank Jackson1970Le Cercle rougeCorey1970BorsalinoRocco Siffredi1970Doucement les bassesSimon1969Le Clan des SiciliensRoger Sartet1969MadlyJulian1969JeffLaurent1968La PiscineJean-Paul1968La MotocycletteDaniel1968Adieu l'amiDino Barran1968Şeytanın Qurbanları (Histoires Extraordinaires)William Wilson1967Le SamouraïJef Costello1967Diaboliquement vôtrePierre1966Les AventuriersManu1966Les CenturionsPhilippe Esclavier1966Texas nous voilàDon Andrea1965Paris brûle-t-il ?Jacques Chaban-Delmas1965Once a ThiefEddie Pedak1965The Yellow Rolls-RoyceStefano1964L'InsoumisThomas1963La Tulipe noireCount de Saint Preux1963Il gattopardo (Leopar)Tancredi1963Mélodie en sous-solFrancis1963Les FélinsMarc1962Le Diable et les Dix CommandementsPierre Messager1962CarambolagesLambert1962Batan Günəş (L'eclisse)Piero1962L'Amour à la merFilm oyunçusu1961Les Amours celebresPrince Albert1961Quelle joie de vivreUlysse1960Kızgın Güneş (Plein Soleil)Tom Ripley1960Rokko və qardaşlarıRocco Parondi1959Le chemin des écoliersAntoine Michaud1959Faibles femmesJulien Fenal1958ChristineFranz Lobheiner1957Quand la femme s'en mêleJo1957Sois belle et tais-toiLoulou
İstinadlar
Həmçinin bax
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Birinci Hind-Çin müharibəsi iştirakçıları Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:Fransa kinoprodüserləri Kateqoriya:XX əsr Fransa şəxsləri Kateqoriya:O-de-Sendə doğulmuş idmançılar