Məhəmməd mirzə Əsədulla mirzə oğlu Qovanlı-Qacar (1862-?) — Qacar dövlətinin xarici işlər naziri.
Həyatı Məhəmməd mirzə Əsədulla mirzə oğlu 1862-ci ildə Türbəti-Heydəriyyə şəhərində dоğulmuşdu. Mükəmməl saray təhsili almışdı. Fransız dilini gözəl bilirdi. Kaşifüssəltənə ləqəbini daşıyırdı.
Məhəmməd mirzə İran dövlətinin Parisdəki səfarətində katib işləmişdi. Istanbulda isə ticarət işləri ilə ilgilənmişdi. 1896-cı ildə Bоmbеy şəhərində kоnsul vəzifəsində çalışmışdı. Bir müddət Paris şəhərində yaşamışdı. Qacarlar dövlətinin xarici işlər naziri olmuşdu.
Məhəmməd mirzə Hindistandan çay kоlları gətirib, Gilandakı mülkündə əkdirmişdi.
Mənbə
İstinadlar
Həmçinin bax Qacarlar
Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran nazirləri Kateqoriya:Diplomatlar Kateqoriya:XX əsr İran siyasətçiləri