Quba soyqırımı — Qubada ermənilər tərəfindən törədilən soyqırımı aktı.
Aşkarlanması 2007-ci ildə, şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilmişdir və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Qazma işləri davam etdirilir.
Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
Quba şəhər stadionunun direktoru Ələddin Mirzəyevin sözlərinə görə, bu ərazidə heç vaxt qəbristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir. Tapıntıdan sonra stadionda işlər dayandırılıb.
Quba müdafiəçiləri 1918-ci ilin mart ayında erməni silahlı dəstələri Quba qəzasına soxulduqda Quba ictimaiyyətinin üzvləri özünümüdafiə dəstələri yaratmışdılar. Bu özünümüdafiə dəstələrinə Quba ictimaiyyətinin və İttihad partiyasının üzvləri olan Qarabəyov, Həmdulla əfəndi Əfəndizadə, Əhməd bəy Tirinc, Mehdi Adayev, Əli bəy Zizikski, Səttar Əfəndiyev, Möhbəli əfəndi, Cağarlı Hətəm ağa, Əli Abbas bəy Əlibəyov, Şıxlar bəylərindən — Mürsəl bəy ilə İbrahim bəy, Bəybala bəy Alpanlı və başqaları rəhbərlik edirdilər. Bu şəxslərdən Xanbaba bəyin, Hətəm ağanın, Əbdürrəhim əfəndinin, Əli bəyin xüsusi səyləri nəticəsində qadınlar və uşaqlar Tüləkəran, Alıcərməki, Dərk, Qırız, Urva, Gedəzeyxur, Hil-Həzrə, Cağar kəndlərinə köçürülmüşdü.
Digah kəndi yaxınlığındakı Qanlı Dərə döyüşündə Həmdulla əfəndi Əfəndiyevin xüsusi məharəti sayəsində düşmən məğlub edilmiş və Qubaya gedən yol açılmışdır.
Şahid ifadələri Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Quba qırğınları araşdırılmış, şahidlər dilindirilmiş və dəyən ziyan müəyyənləşdirilmişdir. Bunun üçün Azərbaycan Hökuməti tərəfindən 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və komissiyanın üzvü A. Novatski bölgəyə göndərilmiş, şahidlər dindirilmişdir. Dindirilmiş şəxslər arasında həmçinin Quba qəzası kənd cəmiyyətlərinin tanınmış nümayəndələri, o cümlədən Xaçmaz nahiyəsindən Şıxlar bəylərindən biri – Həsən bəy Şıxlarski, Dəvəçi nahiyəsinin pristavı, Şəmsəddin əfəndi Əfəndizadə (Həmdulla əfəndinin qardaşı), Alpan kəndinin mülkədarı Bəybala bəy Qayıbov və başqaları var idi.
A. Novatskinin dindirdiyi şahidlərdən bəzilərinin söylədikləri bunlardır: left|thumb|213x213px|Şəmsəddin əfəndi Əfəndizadə
Şəmsəddin əfəndi Əfəndizadə, Quba qəzası Dəvəçi nahiyəsinin pristavı, 30 yaş:
Dadaş Musa oğlu, 38 yaşlı, Quba qəzası Dəvəçi nahiyəsinin Sədan cəmiyyətinin starşinası, savadlı:
Molla Seyfəddin Hidayət oğlu, 50 yaşlı, Quba qəzası Müşkür nahiyəsinin Qiblə Qrız kəndinin məhəllə mollası:
Məşədi Hüseyn Qulu Sultanov, 70 yaşlı, Quba şəhəri sakini, savadlı:
Həsən bəy Şıxlarski, 40 yaşlı, Quba qəzası Müşkür nahiyəsi Şıxlar kəndinin sakini, savadlı:
Qırğınlara məruz qalmış kəndlər Solmaz Rüstəmova-Tohidi, Quba hadisələri vaxtı qırğınlara məruz qalan 167 kəndin siyahısını vermişdir. Kərim Dünyamalı isə Amazapsın Qubanın 122 kəndini yandırıb xarabalığa çevirdiyini qeyd etmişdir. Onlardan bəziləri bunlardır: +№Yaşayış məntəqəsinin adıCəmiyyətPolis nahiyəsiƏhalinin milliyyəti1Afurca (Axurca)AfurcaRustovtatlar2AğasıbəyliTaqayDəvəçiazərbaycanlılar3AvaranAvaranQusarləzgilər4ƏzizliXaçmazMüşkürazərbaycanlılar5ƏvəcükKöhnə XudatQusarləzgilər6GülalanQaraqurdluMüşkürtatlar7Hacı Qaib QışlaqHacı Qayıb Qışlaq5-ci Fəthibəyazərbaycanlılar8LamanQaraqurdluMüşkürtatlar9Qusar- Qışlaq QusarQusarQusarazərbaycanlılar, ləzgilər, ruslar10NardaranSiyəzənDəvəçitatlar Quba hadisələri vaxtı ümumilikdə Quba qəzası üzrə 2580–3280 nəfər öldürülmüş, 110 nəfər yaralanmışdır. Qəzaya 121.824.819 rubl dəyərində maddi ziyan vurulmuşdur. Quba şəhərində isə 2000–2800 nəfər öldürülmüş (yaralılar haqda məlumat yoxdur), şəhərə 63.703.760 rubl dəyərində maddi ziyan dəymişdir. Solmaz Rüstəmova-Tohidinin təqdim etdiyi məlumatlara görə, hadisələrin dəhşətindən Quba şəhərində 100, qəzada isə 881 (qorxudan və sərgərdanlıq vaxtı ölənlər) nəfər qorxudan ölmüşdür.
Arxeoloqların fikri
Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib.
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorunun bildirdiyinə görə, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.
Bu sözləri isə APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib. Ə. Əliyevin bildirdiyinə görə, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb.
— deyən Ə. Əliyev nəticələrin yerli təşkilatlara təqdim olunduğunu bildirib.
Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80–90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur:
Ə. Əliyev elmi ekspedisiyanın fəaliyyətinin başa çatdığını, məsələ ilə bağlı dövlət komissiyasının yaranmasının zəruri olduğunu bildirib.
İrsi və mirası 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsini ədəbiləşdirmək üçün Quba şəhərində Quba Soyqırımı Memorial Kompleksi ucaldılmış, "Yaddaşın rəmzi. Quba-1918" və "Genoside"Şamilqızı, Ü. Quba soyqırımı "Genoside" sənədli filmində: Qənirə Paşayeva: "Gənclər təşkilatları və elektron KİV-lər filmin yayılmasında maraqlı olmalıdır" //Xalq cəbhəsi.- 2010.- 15 aprel.- S. 13. adlı filmlər çəkilmişdir. "Yaddaşın rəmzi. Quba-1918" filminin 2012-ci ildə Nizami Kino Mərkəzində təqdimatı olmuşdur."Yaddaşın rəmzi. Quba-1918" filminin təqdimatı olmuşdur: [Nizami Kino Mərkəzində] //Azərbaycan.- 2012.- 31 mart.- S. 9.
Qalereya
İstinadlar
Həmçinin bax Quba Soyqırımı Memorial Kompleksi Mart soyqırımı Quba basqını Qanlı Dərə döyüşü
Xarici keçidlər Qubada ikinci kütləvi məzarlıq tapılıb Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib Construction of Genocide Memorial Complex to start in Azerbaijan’s Guba region this spring AZƏRBAYCANLILARIN SOYQIRIMI VƏ DEPORTASİYASI
Kateqoriya:Azərbaycanlıların soyqırımı Kateqoriya:Azərbaycanda qətliamlar Kateqoriya:Erməni terrorizmi Kateqoriya:1918-ci ildəki hadisələr Kateqoriya:1918-ci ildə Azərbaycan