VK ( - "əlaqədə", URL: vkontakte.ru, beynəlxalq versiyası: vk.com) — Runetın ən böyük sosial şəbəkəsi. Saytın müəllifi və administratoru Rusiya proqramçısı Pavel Durovdur. Hazırda Vkontakte.Ru-nun istifadəçilərinin sayı 91 milyondan artıqdır. Qeydiyyat pulsuzdur, hər kəs orada qeydiyyatdan keçə bilər. Sayt dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. Onun Azərbaycan dilində də versiyası var. Vkontakte.Ru-ya mobil telefon və kommunikatorlardan (m.vkontakte.ru və ya pda.vkontakte.ru) girmək mümkündür. Rusiya və Ukraynanın bəzi mobil operatorlarının abunəçiləri habelə onun pulsuz versiyasından istifadə edə bilərlər (o.vkontakte.ru, və ya 0.vk.com). Fevral 2012-ci ilin Noyabr ayında sosial şəbəkənin gündəlik istifadəçilərinin sayı 38 milyona yaxın idi..

İstinadlar

Xarici keçidlər VK

Həmçinin bax

Kateqoriya:Sosial şəbəkələr Kateqoriya:VK Kateqoriya:Donald Tramp Kateqoriya:Rusiya veb-saytları Kateqoriya:Rusiya brendləri Kateqoriya:Rus dilində veb-saytlar