300px|thumb|İppolit və Fedra, III əsr, Luvr

Fedra () — yunan mifologiyasındaМифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.559–560 Krit hökmdarı Minosun və Pasifayanın qızıПсевдо-Аполлодор. Мифологическая библиотека III 1, 2 далее, Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdirЕврипид. Ипполит 31–34.

Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı.

İstinadlar

Kateqoriya:Özünü asaraq intihar edənlər Kateqoriya:Qədim yunan mifologiyasında qadın Kateqoriya:Tesey mifləri