Tərkibi

Qoyun əti – 220q. Ərinmiş yağ – 30q. Baş soğan – 40q. Kartof – 100q. Badımcan – 60q. Qabaq (balqabaq) – 50q. Pomidor – 50q. Xiyar – 30q. İstiot – zövqə görə. Duz – zövqə görə.

Hazırlanma qaydası

Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qızardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər – kartof, badımcan, qabaq (balqabaq) təmizlənir, ayrıca qızardılır və qoyun ətinə qatılır. Süfrəyə verdikdə təzə pomidor və xiyarla bəzədilir.

Xarici keçidlər Tava əti

Kateqoriya:Azərbaycan mətbəxi