Qaxbaş — Azərbaycan Respublikasının Qax rayonunun Qax İngiloy kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 137 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 1376 təsərrüfatda hər iki cinsdən toplam 3085 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Həmçinin kəndin bir hissəsində gürcülər də yaşayır.

Toponimikası Qaxbaş oyk., miir. Dağətəyi ərazidədir. Bu oykonim Qax (oyk.) və baş (yuxan, üst tərəf) sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Qax şəhərinin yuxarısında, üstündə yerləşən yaşayış məskəni” mənasım bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Qax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri