Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu.

Haqqında Hadisə 2009-cu ildə Avroviziyada iştirak etdikdən sonra 2 il albom çıxarmamışdı. Bu albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşənə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib.

Albom imici üçün Hadisə pələng naxışlı geyimlərdən istifadə edib. Daha əvvəl Şakira və Rianna kimi dünya ulduzlarına bənzədilən müğənni bu imici ilə Beyonseni xatırladıb. Beyonsenin bir neçə il əvvəlki "qabarıq saç" stilini özündə yaradan Hadise, dəri rəngini də süni yolla tündləşdirib.

Mahnı Siyahısı Burjuva Mesajımı Almıştır O Aşk Kaç Beden Giyer? Kalbine Yalan Bulma Melek Yetenek Superman Macera Harakiri

Mənbə Aşk Kaç Beden Giyer?

Kateqoriya:Musiqi albomları Kateqoriya:2011-ci ilin musiqi albomları