Qərbi Böyük Səhra ( əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.

Coğrafiya Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.

Əhali 100,000 (SƏDR) 502,585 (Qərbi Səhra (Mərakeşdə))

right|thumb|250px|Qərbi Səhra (nəzarət bölgələri)

Həmçinin bax 2020-ci il 14 noyabr tarixində Mərakeş Qərbi Səhranı (SƏDR) birləşdirmək üçün hərbi əməliyyata başlayıb

Kateqoriya:Mərakeşin ərazi mübahisələri Kateqoriya:Məğrib ölkələri Kateqoriya:Ərəb dilində danışılan ölkə və bölgələr Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Asılı olan ərazilər Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Afrikada mübahisəli ərazilər