Hadisələr Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili""2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli, 2664 nömrəli Sərəncamı. e-qanun.az. 5 noyabr — Məşhur repçi Eminemin The Marshall Mathers LP 2 albomu yayımlanır. 8 fevral — Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk peyki "Azərspace" orbitə buraxılıb. 26 iyun — Bakıda hərbi parad keçirilib. Paradda 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə çoxlu sayda helikopter, hərbi gəmilər nümayiş olunub. 9 oktyabr — Azərbaycanda prezident seçkiləri keçirilmişdir. İlham Əliyev 84,55 % səslə üçüncü dəfə ölkə prezidenti seçilib. 17 dekabr — Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib və "Cənubi qaz dəhlizi" barədə anlaşma memorandumu da imzalanıb. Qərbi Birulyovo iğtişaşları

Doğumlar

Ölümlər 1 fevral — Hüseyn Talıbov - Azərbaycan Ali Məhkəməsinin sədri. 6 yanvar - Murad Babayev - Azərbaycan Baş Prokuroru. 17 yanvar – Məmməd Əli Birand – Türkiyə jurnalisti, yazıçısı və diktoru. 5 fevral - Zakir Sadatlı - yazıçı-publisist 6 fevral – Şaiq Vəli – Azərbaycan şairi. 10 fevral – Mahmud Kərimov – fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti. 21 fevral – Aleksey German – Sovet və rus kinorejissoru, ssenari müəllifi, aktyor və prodüser. 1 mart – Hicran Hüseynov – Azərbaycan diktoru. 5 mart Fərman Şəkili – Azərbaycan aktyoru. Uqo Çaves – Venesuela prezidenti 7 mart – Hikmət Atayev - Azərbaycan Milli Məclisinin deputatı. 12 mart - Dinçer Çekmez - Türk aktyoru. 16 mart – Rəhman Əlizadə – Azərbaycan teatr rejissoru. 23 mart – Boris Berezovski – Rusiya dövlət məmuru və sabiq riyaziyyatçı. 30 mart – Valeri Zolotuxin – Sovet və Rusiya aktyoru. 8 aprel – Marqaret Tetçer – Böyük Britaniyanın Baş Naziri. 12 aprel – Nodar Şaşıqoğlu – Azərbaycan teatr və kino aktyoru, Azərbaycan və Rusiyanın xalq artisti. 31 may – Fikrət Əsgərov – Azərbaycan kino operatoru. 2 iyun – Toğrul Nərimanbəyov – Azərbaycan rəssamı. 27 iyun – Səyavuş Aslan – Azərbaycan teatr və kino aktyoru. 8 iyul – Gülhüseyn Hüseynoğlu – Azərbaycan yazıçısı və ədəbiyyatşünası. 17 iyul – Brayoni MakRoberts – Böyük Britaniya aktrisası. 26 iyul – Şəfiqə Axundova – Azərbaycan bəstəkarı, Şərqdə ilk opera yazan bəstəkar qadın. 28 iyul – Tələt Qasımov – Azərbaycan xanəndəsi. 1 avqust – Ələkbər Muradov – Azərbaycan kino rejissoru. 23 avqust – Vadim Yusov – Sovet və Rusiya kino operatoru. 1 sentyabr - Ələkbər Salahzadə - azərbaycanlı şair. 7 sentyabr - Sirus Təbrizli - jurnalist, ictimai-siyasi xadim. 30 sentyabr – Ədalət Əsgəroğlu - Azərbaycan şairi. 26 oktyabr – Tofiq Qarayev – Azərbaycan aktyoru. 18 noyabr – Nejat Uygur – Türkiyə aktyoru. 6 dekabr - Nelson Mandela - Afrika azadlıq hərəkatının lideri. 13 dekabr - Çabua Amirecibi - gürcü yazıçı, ictimai xadim 14 dekabr – Piter O'Tul – Böyük Britaniya aktyoru. 15 dekabr – Coan Fonteyn – ABŞ aktrisası. 23 dekabr – Mixail Kalaşnikov – Rusiya mühəndisi, Kalaşnikov avtomatının yaradıcısı, general-polkovnik. 31 dekabr – Ömür Nağıyev – Azərbaycan aktyoru. 11 dekabr – Nadir Afonzo, portuqaliyalı bir geometrik abstraksiyonist rəssam 12 iyun - Elroy Çester - 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan bir dustaq.

İstinadlar