Ağa Zeynal hamamı — XIX əsrin II yarısında hamamın sifarişçisi və sahibi Ağa Zeynal tərəfindən tikilmiş hamam. Hacı Ağa Zeynal Bakı milyonçusu Ramazanovun babasıdır. Hamam yaşayış tikililərinin sisteminə daxil olub ondan seçilmir. Binanın daxili məkanı ənənəvi üslublara sadiq qalaraq soyunma və yuyunma otaqlarından, xəzinə (qaynar və soyuq su anbarı) və odluq kamerasından ibarət olan əsas bölmələrə ayrılmışdı. Ağa Zeynal hamamı XIX əsrin II yarısına aid mülki memarlıq abidəsidir. Hazırda hamam təyinatına uyğun şəkildə fəaliyyət göstərir.
Şəkillər
Həmçinin bax Ağa Mikayıl hamamı Qasım bəy hamamı Hacı Bani hamamı
İstinadlar
Kateqoriya:Bakı hamamları Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Bakının tarixi binaları