Mayli Rey Sayrus (; doğum adı: Destini Houp Sayrus (); ) — amerikan aktrisa, müğənni, bəstəkar və model.
Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Miley Cyrus ile Liam Hemsworth ayrıldı
Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır.My Girl Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır."Billy Ray Cyrus — Bio" Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (; "Destiny" — Tale, "Hope" — Ümid) adını veriblər. Sonralar çox gülümsədiyi üçün əvvəlcə Smayli (), sonra da Mayli () ləqəbini alıb. Həmçinin Maylinin bacısı (Brendi) Maylinin yanında işləyirdi.
Heriteyc məktəbində oxudu və orada amiqo qız qrupundaydı. Sonralar Options for Youth () adında bir məktəbə getdi.It's My Life. Celebs. Miley Cyrus PBS Kids GO! Həm də Hanna Montana setində xüsusi müəllimi də var idi.Hannah Montana and Miley Cyrus: A Tale of Two Tweens Ana və atasının Tennessi xaricindəki fermasında böyüdü.Life Imitates Art for Teen Miley Cyrus Jeremy Shum and Miley Cyrus hit super-high ratings Mayli Sayrusu şöhrətə çatdıran serial Hanna Montana 16 yanvar 2011 tarixində rəsmi olaraq bitdi. 2016-da Liam Hemsvort ilə təkrar bir araya gəldilər.Miley Cyrus and Liam Hemsworth Are Engaged (Again)!
Karyerası Sayrusda ailəsi Kanadaya köçəndə — 9 yaşında olanda aktyorluq etmək marağı oyandı. İlk rolu atasının da rol aldığı Doktor adlı bir teleserialda qonaq oyunçuluq edirdi. Teleserialda Kayli adlı bir qızı canlandırdı.Miley Cyrus braced for Disney stardom 2003-də Tim Burtonun rejissorluq etdiyi Böyük balıq adlı filmde gənc Rutini canlandırdı. Həmçinin Ronda Vinsentin If Heartaches Have Wings adlı musiqi videosunda da rol aldı. 2006-cı ildə Disney Channel-da yayımlanan Hanna Montana teleserialının başrolunda oynamağı Maylinin dünyada tanınmağına xidmət etmişdir. Dekabr ayında başladığı bir film olan Hanna Montana: Film filmini bitirdi. Bu film Los-Anceles və Tennessidə çəkildi. 28 avqust 2009-da son albomu The Time of Our Lives-ı yayımladı. Sonuncu nəğmə filmində Liam Hemsvort ilə birlikdə rol aldı. Maylinin öz bioqrafiyasını yazdığı Miles to go yəni Millərcə getmək adlı bir kitabı vardır. Aktyorluq həyatı boyunca bir çox teleserialda qonaq oyunçu olaraq da rol almışdır. Disney Channel teleserialı Hanna Montana 23 aprel 2011 şənbə günü finalını etmişdir. Can't Be Tamed adlı albomunu 2010-cu ilin may ayında yayımlamışdır və eyniadlı mahnısına klip çəkmişdir. 2010-cu ildə Rock Mafia adlı müğənninin The Big Bang adlı mahnısının klipində Kevin Zeqerslə birlikdə rol almışdır. 2012-ci ildə İki yarım adam adlı teleserialda Missi rolunda oynamışdır. Qız fanlarına Smiler, oğlan fanlarına BoySmiler deyirlər. Musiqi karyerasında 3 il boyunca ara verən müğənni, 3 iyun 2013-də Bangerz adlı 4-cü albomunun ilk sinql çalışması We Can't Stop-ı yayımlamışdır. Bu sinql 16 ölkədə birinci olmuş və YouTube-da 24 saat ərzində 10.7 milyon dəfə izlənərək Castin Biberin Beauty and A Beat sinqlının rekordunu keçmiş və YouTube-da ən çox izlənən video olmuşdur. Bu sırada Big Sean adlı sənətkarın 2 avqust 2013 tarixində yayımlanan Fire adlı klipində oynamışdır. Sonra 2-ci sinql çalışması olan Wrecking Ball-ı yayımlamışdır. Bu sinql çalışması YouTube-da 24 saat ərzində tam 19.2 milyon nəfər tərəfindən izlənilərək One Direction qrupunun Best Song Ever sinqlının rekordunu da qırmağı bacarmışdır. Wrecking Ball Youtube-da 795 milyon izlənilmişdir. 30 avqust 2015-də MTV Video Musiqi Mükafatları-nı təqdim edən müğənni Mayli Sayrus mükafatlarının sonunda içində 23 mahnı ehtiva edən yeni albomunun adının Miley Cyrus & Her Dead Petz olduğunu və albomun internet üzərindən pulsuz olduğunu açıqladı.Miley Cyrus Drops Surprise New Album for Free, Flashes Audience at VMAs Yeni mahnısı Dooo It!-i ifa etdi. Yaxında yayımlanacaq olan Eşqə Azadlıq filminin yayımlanan yeni fraqmanında isə Linda Perri tərəfindən yazılan Hands Of Love mahnısını səsləndirdi. Gənc müğənni 2016-cı ildə The Voice yarışmasının 11-ci mövsümündə münsif olaraq qatıldı. 11-ci mövsüm üçün avqust ayında Adam Levin, Bleyk Şelton və Alişa Kiz ilə birlikdə Dream On mahnısını ifa etdi. Sentyabr ayında Cyrus Woody Allen rejissorluğunda Crisis in Six Scenes adlı bir teleserialda qonaq oyunçu oldu. Teleserialda oynadığı şəxs 1960-cı illərdə radikal hərəkətçidir və polislərdən qaçır. 2013-cü ildə sevgili olan Liam Hemsvortdan ayrılan Sayrus uzun bir aradan sonra oktyabr 2016-da təkrar bir yerdə oldu. 2017-ci ildə Miley Cyrus & Her Dead Petz albomu 10 apreldə ösənişli bir şəkildə iTunes-da və digər musiqi platformalarında yayımlandı. 11 mayda yeni albomunun ilk sinqlı olan Malibu mahnısını klipi ilə yayımladı.
Diskoqrafiya
Albomları Meet Miley Cyrus (2007) Breakout (2008) Can't Be Tamed (2010) Bangerz (2013) Miley Cyrus & Her Dead Petz (2015) Younger Now (2017) She Is Coming (2019) Plastic Hearts (2020) Endless Summer Vacation (2023) Something Beautiful (2025)
Mahnıları Flowers (Mayli Sayrus mahnısı)
İstinadlar
Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Uşaq aktyorlar