Arçil Mixayloviç Qomiaşvili () — Sovet və rus aktyoru, sahibkar və Gürcüstan SSR xalq artisti (1966).
Həyatı
Arçil Mixayloviç Qomiaşvili 23 mart 1926-cı ildə anadan olmuşdur.
1940-1942-ci illərdə Tbilisi incəsənət texnikumunda təhsil almışdır. Teatra olan böyük həvəsi Qomiaşvilini "MXAT" məktəb-studiyasına gətirir. O, bu təhsil ocağında bir neçə il oxumuşdu. Lakin orada az qala dava-dalaş həddinə qədər gəlib çıxmış qalmaqaldan sonra o, məhkəmə ilə problemləri yarandığından Moskvanı tərk edir. Tbilisidə onu Marcanişvili adına Akademik teatrın truppasına qəbul edirlər. 1958-ci ildə isə aktyor Poti şəhərinə gedir və əvvəl Eristavi adına teatrda, sonra isə Qriboyedov adına Tbilisi rus teatrında işləməyə başlayır.
Arçil Qomiaşviliyə ümumxalq məhəbbətini isə 1971-ci ildə kinorejissor Leonid Qaydayın İlf və Petrovun əsəri əsasında çəkdiyi "12 stul" filmində ifa etdiyi Ostap Bender rolu gətirir. 2 il sonra o, Lenin komsomolu adına Moskva teatrının aktyoru olmağa nail olur. Bir neçə ildən sonra isə Puşkin adına teatra keçir.
1990-cı ildə Arçil Qomiaşvili "Siti-biznes" səhmdar cəmiyyətinin prezidenti olmuşdur. 1992-ci ilin axırlarında isə Moskvada "Qızıl Ostap" klubunu açır. Bu klub tezliklə paytaxtın ən nüfuzlu məkanlarından birinə çevrildi. Klubun restoranı isə 1996 və 1997-ci Avropanın ən yaxşı belə məkanlarından seçilmişdir.
Ömrünün son illərini Arçil Qomiaşvili xəstəliklərlə keçirirdi. 2004-cü ildə onda bədxassəli şiş tapılmışdı. ABŞ-də həyata keçən əməliyyat zamanı onun 40-dan artıq limfa düyünlərini kəsib götürürlər.
Arçil Qomiaşvili 31 may 2005-ci ildə Moskvada vəfat etmişdir. İyunun 3-ü elə həmin şəhərdə də dəfn olunmuşdur.
Ailəsi Birinci həyat yoldaşı — Liana Georgiyevna, aktrisa Oğlu — Zurab, mühəndis Oğlu — Mixail, aktyor İkinci həyat yoldaşı — Tatyana Fyodorovna, balerina Qızı — Nina, aktrisa Nəvəsi — Anastasiya (d. 1992); Nəvəsi — Georgi (Giya), jurnalist, Gürcüstan xarici işlər nazirinin müavini (2004–2005), sahibkar Qızı — Yekaterina (d. 1978), dizayner Üçüncü həyat yoldaşı — Tatyana Okunevskaya
Filmoqrafiya
İl Azərbaycanca adı Orijinal adı Rol1957 Şəxsən tanınır Mantaşerov1962 Köstəbək Zurab1963 Bir dəridə dörd nəfər Emmanın atası1965 Fövqəladə tapşırıq Mantaşerov1965 İndi başqa zəmanədir Kostaya1966 Bağışlayın, sizi ölüm gözləyir 1969 Gecəyarıdan keçmiş partlayış 1971 12 stul Ostap Bender1977 Mimino Nuqzar Papişvili1977 Bu inanılmaz musiqiçilər və ya Şurikin yeni yuxusu Arçil Qomiaşvili1978 Qafqaz hekayəti Yeroşka1978 Məhəbbətim mənim, kədərim mənim Əşrəf1980 Çoxdan keçmiş günlərin komediyası Ostap Bender1981 Qızıl qoyun dərisi Yakov1983 Tezdən, səhər tezdən Qordey Lukiç1984 Mis mələk Antonio Valdes1985 Skapenin kələkləri Skapen1986 Dövlət sərhədi. Qırx birinci il İosif Stalin1986 Mənim sevimli klounum Paşa Fokin1986 Uzaqlıq müddəti olmadan 1989 Stalinqrad İosif Stalin1990 Qərb istiqamətində müharibə İosif Stalin1990 Supermen 1990 Qatil yeri boşdur... 1992 Qızılı məcməyili ofisiant Şota Çanturiya1993 Ölüm mələkləri İosif Stalin1993-1994 Əsrin faciəsi İosif Stalin
İstinadlar
Xarici keçidlər
Биография на сайте «Биографии, мемуары, истории»
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Gürcüstanın xalq artistləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Çiaturada doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları