Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (; ) — ərəb filosofu.

Həyatı Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədərAbboud, Tony (15 January 2006). Al Kindi: The Father of Arab Philosophy. The Rosen Publishing Group, Inc. ISBN 9781404205116. erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idiCrone, Patricia (1980). Slaves on Horses: The Evolution of the Islamic Polity. Cambridge and New York: Cambridge University Press. pp. 110–111. ISBN 978-0-521-52940-2.. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.

Əl-Məmun öləndən sonra qardaşı əl-Mütəsim xəlifə oldu. Əl-Kindinin mövqeyi onun dövründə daha da möhkəmlənmişdir. Əl-Vətiqin (842–847), xüsusən əl-Mutəvəkkilin (847–861) dövründə isə Əl-Kindinin ulduzu sönmüşdü. Bununla əlaqədar müxtəlif nəzəriyyələr mövcuddur: bəziləri Əl-Kindi'nin Hikmət Evində elmi rəqabətə dözməməsini; digərləri əl-Mütəvəkkilin qeyri-ənənəvi müsəlmanları (eləcə də qeyri-müsəlmanları) tez-tez təqib etdiyini səbəb gətirmiş.Bir zamanlar əl-Kindi döyülmüş, kitabxanası isə müvəqqəti müsadirə edilmişdir. İslamşünas Henry Corbinə görə 873-cü ildə Əl-Kindi, Əl-Mütəmidin hakimiyyəti dövründə Bağdadda tənhalıqda öldüyünü iddia edirdiCorbin, Henry (1993). History of Islamic Philosophy. London: Keagan Paul, p. 154.. ISBN 9781135198886..

Fəlsəfəsi Müsəlman rasional fikri tarixində dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmiş ilk filosofBulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 122. hesab olunan "Kindinin tərəfdarları və əleyhdarları onun fəlsəfə və şəriət arasında körpünün yaradılması üçün oynadığı rolunu etiraf edirlər" (60, 62). O, "… fəlsəfi təlimlə vəhyi …uyğunlaşdıran bir təfəkkürün təsiri altında hərəkət edirdi…"52. Corbin Henry. İslam felsefesi tarihi / Hüseyin Hateminin tərcüməsi ilə. Çap yeri və ili göstərilməyib, s. 281.. Əks iddialar qarşısında islamı əqli dəlillərlə müdafiə etməyi öhdəsinə götürən və bu işi bacarıqla icra edən Kindi, müsəlman peripatetizminin əsasını qoyub, tarixdə filosof kimi tanınsa da, ilahi biliyi fəlsəfəyə təhkim etməmiş, "…yaşadığı dövrdə bəşəri ağılı biliyin yeganə mənbəyi və vasitəsi hesab edən nöqteyi-nəzərə qarşı çıxaraq, peyğəmbərlik institutunun zəruriliyi ideyasını müdafiə etmişdi"Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 161..

Din və fəlsəfə münasibətləri Müsəlman rasional fikri tarixində dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmiş ilk filosofBulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 122. hesab olunan "Kindinin tərəfdarları və əleyhdarları onun fəlsəfə və şəriət arasında körpünün yaradılması üçün oynadığı rolunu etiraf edirlər"Fahri Macit. İslam felsefesi tarihi / Kasım Turhanın tərcüməsi ilə. İstanbul: "İklim", 1987, s. 62.. O, "… fəlsəfi təlimlə vəhyi …uyğunlaşdıran bir təfəkkürün təsiri altında hərəkət edirdi…"Corbin Henry. İslam felsefesi tarihi / Hüseyin Hateminin tərcüməsi ilə. Çap yeri və ili göstərilməyib, s. 281.. Əks iddialar qarşısında islamı əqli dəlillərlə müdafiə etməyi öhdəsinə götürən və bu işi bacarıqla icra edən Kindi, müsəlman peripatetizminin əsasını qoyub, tarixdə filosof kimi tanınsa da, ilahi biliyi fəlsəfəyə təhkim etməmiş, "…yaşadığı dövrdə bəşəri ağılı biliyin yeganə mənbəyi və vasitəsi hesab edən nöqteyi-nəzərə qarşı çıxaraq, peyğəmbərlik institutunun zəruriliyi ideyasını müdafiə etmişdi"Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 61..

Kindinin fəlsəfi təlimində fəlsəfənin dinlə əksliyi inkar olunur, onların bir-biri ilə uyğunlaşdırılmasına cəhd edilir. Kindi din və fəlsəfə arasında heç bir ziddiyyətin olmadığını bildirmiş, fəlsəfə və dinin tərifini vermiş, mənbələri və bilik vasitəsi kimi oynadıqları rolları açıb göstərmişdir.

Kindi Abbasi xəlifəsi Mötəsimə ithaf etdiyi "Risalə fi l-fəlsəfə əl-üla" (İlk fəlsəfə haqqında traktat) adlı əsərində fəlsəfənin mahiyyəti və öyrəndiyi mövzudan bəhs edir. Filosofa görə, fəlsəfə "…varlığın mümkün dərkidir"Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 1.سليمان دنيا. التفكير الفلسفي االسالمي. المغرب: مطبعة السنة المحمدية، 1967 s. 277.. Kindi iddia edirdi ki: "…Şanı Uca Yaradan və düşüncə aləmi (ağıl, təfəkkür) haqqında sual vermək"Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 67. fəlsəfədə əsas məqsəddir. Fəlsəfi idrak həqiqət haqqında biliyi kəsb vasitəsidir. Deməli, bu vasitə istənilən həqiqəti yaradan İlk Həqiqət haqqında elmin özüdürKindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 2.. Göründüyü kimi, Kindi məqsədləri baxımından dinlə fəlsəfəni eyni tutmuşdur. Amma "Kəmmiyyə kutub Ərustutalis" (Aristotelin kitablarının sayı) traktatında Kindinin bu mövzuya fərqli münasibət bəsləməsi maraq doğurur. O bu traktatda fəlsəfi biliyi bəşəri bilik olaraq səciyyələndirir, onu ilahi bilikdən ayırır. Kindi bildirirdi ki, fəlsəfi üsullarla bilik qazanmaq üçün niyyət edib səy göstərmək kifayətdir; bəşəri biliyi kəsbdə istək və zəhmət zəruridir. İlahi biliyə sahib olmaq üçün isə istəyə, zəhmət gərək qalmır. Belə biliklər ilahi lütfün səmərəsidir. Deməli, ilahi bilik bəşəri bilikdən üstündür, xüsusidir. Bu səbəbdən ilahi həqiqət haqqında biliklər ancaq peyğəmbərlərdə təcəlli edir. Riyaziyyat, məntiq və təbiət elmlərini isə fəlsəfi təfəkkürü olan hər bir kəs öyrənə bilirKindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 159–151..

Deməli, göstərilmiş traktatlarda Kindi fəlsəfi biliyi ilahi biliklə eyni tutmuş, həqiqətin onlarda əks olunduğunu bildirmişdir. Daha sonra iddia etmişdir ki, fəlsəfi bilik ağılla, dini bilik isə vəhy və ilhamla kəsb olunur. Lakin onun fəlsəfi təlimində ümumi nöqteyi-nəzər budur ki, fəlsəfə və din ayrı-ayrılıqda iki həqiqəti ifadə etmir. Yuxarıda qeyd etdik ki, Kindiyə görə, Allah və ağıl haqqında bilik vermək fəlsəfənin məqsədini əmələ gətirir. Dinin mövzusu və məqsədinə gəlincə, filosof deyirdi ki, din ilahiyyat, tək Allah və əxlaq haqqında bilik kəsb etdirən, faydalı hər bir şeydən – varlıqlardan bəhs edən sahədir: "Məhz peyğəmbərlərin Şanı Uca Allahdan öyrəndiyi biliklər bütövlükdə belə biliklərdəndir. Çünki peyğəmbərlər Allahın birliyi, Onun bəyəndiyi üstün əxlaqi məziyyətlərin zəruriliyi, fəzilətə zidd pisliklərin qadağan edilməsi haqqında biliklər gətirmişlər"Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 31.. Deməli, Kindiyə görə, dinin mövzusu Allah və əxlaqdır. Bu baxımdan filosof üstüörtülü şəkildə göstərir ki, xoşbəxtliyi təmin etmək dinin məqsədini əmələ gətirirKindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 57..

Qeyd edilənlərdən məlum olur ki, fəlsəfə və din mövzu və məqsəd baxımından oxşardırlar. Fəlsəfə varlıqlardan bəhs edən biliklərin məcmusu olub, Allahın dərk olunması və əxlaqın aşkara çıxarılmasına xidmət edir. Dinin də mövzusu eynidir. Din və fəlsəfə yolu əldə olunan biliklər vasitəsilə həqiqətə çatmaq, bununla da, dünya və axirətdə xoşbəxt olmaq həm dinin, həm də fəlsəfənin qarşısında duran məqsəddir.

Kindi dinlə fəlsəfəni uyğunlaşdırarkən onların mövzu və məqsəd baxımından oxşar olmağı faktını əsas götürür. Yəni, bu fakt dinlə fəlsəfə arasında uyğunluq yaratmağa imkan verir.

Həmçinin Kindi bildirmişdir ki, din və fəlsəfə həqiqəti təmsil etdiyi üçünAlper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 216–217. onları bir-birinə uyğunlaşdırmaq zəruridir. Filosof problemi bu cür qoymuşdu: ortaq mövzu və məqsədə sahib olmaq dinlə fəlsəfənin eyni həqiqəti təmsil etməsi mənasına gəlirmi? Əgər fəlsəfə və din eyni həqiqəti təmsil etmirsə, onda onları bir-biri ilə uyğunlaşdırmaq necə mümkün ola bilər? Kindi bu suallara cavab tapa bilmişdi. O deyirdi: "…fəlsəfə və din mövzu və məqsəd baxımından bir olduğu kimi, həqiqəti ifadə etməkdə də birdir. Deməli, onları bir-birindən ayırmaq olmaz…"Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 44.. Filosofa görə, insan təbiəti etibarı ilə dərk edən varlıqdır. Onun dərketmə qabiliyyəti və ya ağılı "bil-qüvvə" (potensial) səviyyəsindən "bil-fel" (aktiv) səviyyəsinə keçdikdə varlıq aləminin müxtəlif kateqoriyalarına dair biliklər qazanmağı bacarırKindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 48.. Bu biliklər zənn deyil, qətilik ifadə edir. Bu isə o deməkdir ki, Kindinin fəlsəfi təlimində "fəal ağıl" konkretdir, varlıqlara aid olduğu üçün həqiqəti təmsil edir. Kindi deyirdi: "Fəlsəfə varlığı dərk etməkdirsə, onda bu dərketmə bizi həqiqətə aparıb çıxaracaqdır"İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 28.. Vəhyin verdiyi biliklər də konkret şəkildə həqiqəti ifadə edir. Amma bu biliklər Allahın köməyi, ilhamı və vəhyi sayəsində əldə edilir. Elə isə peyğəmbərlərə nazil edilən təlimlər ağıla müvafi qdir, fəlsəfi 100 biliklə uyğunlaşmağa qabildir. Deməli, din və fəlsəfə həqiqət haqqında bilikləri kəsb etdirmə məsələsində oxşardırlar. Lakin Kindi kəsb olunmaq baxımından fəlsəfi biliklə dini bilik arasında fərq qoyur. Belə ki fəlsəfi biliklər davamlı araşdırma və düşünmənin məhsulu olduğu halda dini biliklər fərqlidir. Vəhy mənşəli biliklər "…yalnız peyğəmbərlərə xas möcüzəvi və fövqəltəbii mənbədən başlanğıc götürür"Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, 39 s.. Amma fəlsəfə ağla, din isə vəhyə əsaslandığı üçün vəhyi biliklərlə əlaqədar yoxdan yaradılma, öldükdən sonra cismən dirilmə və peyğəmbərlik məsələlərini ağılla izah etmək mümkün deyildir. Kindi problemi həll etmək üçün peyğəmbərlik təlimini təqdim edir. "Filosof (Kindi – E.M. vəhyi) biliklərin ancaq ağılla dərk edilməsi iddiasını rədd etsə də, peyğəmbərlik təlimini əsas götürməklə dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmişdir"تاريخ الفلسفة في االسالم لألستاذ ج. د. بور وتعريب الدكتور أبو ريده، بيروت: دار النهضة العربية، 1981 s. 181.. Buna baxmayaraq, o, vəhyi bilikləri rasional biliklərdən üstün hesab etmişdir: "Belə biliklər peyğəmbərlər üçün imtiyaz olub onlardan başqalarına verilmir. Bu onlara aid möcüzədir və onları başqa insanlardan fərqləndirir. Adi insanlar belə bilikləri əldə edə bilməzlər. Düzdür, ağıllı insanlar bu biliklərin Allahdan gəldiyinə inanırlar, amma onlara sahib ola bilmirlər. Odur ki onlar peyğəmbərlərin haqqa çağırışına inanıb, itaət göstərirlər. Filosoflar isə məntiqi dəlilləri əsas götürür, düşünməyə əhəmiyyət verirlər. Quranın dəlilləri ilahi mənbədən gəldiyi üçün daha qəti və tutarlı olub, fəlsəfi dəlillərdən daha inandırıcıdır"Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 160.. Həmçinin Kindi konkret olduğu üçün vəhyi biliklərin üstün olduğunu iddia edir. Filosof Quran 101 ayələrindən misal gətirməklə vəhyi biliyin qüdrəti və üstünlüyünü isbatlayır. Məsələn, Kindiyə görə, "Toz olmuş sümükləri kim dirildə bilər?!" sualına Quranda olduğu qədər qısa və tutarlı cavabı heç bir insan verə bilməz. O bildirirdi ki, Quranın "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!" cavabında aydınlıq və yığcamlıq baxımından ən parlaq insan zəkasının təqdim edə biləcəyi istənilən məntiqi dəlildən üstün peşəkarlıq və ustalıq vardır.