Çayanov Aleksandr Vasilyeviç (; ) — şair və yazıçı, rus iqtisadçısı, kənd təsərrüfatı mütəxəssisidir.

Həyatı 1911-ci ildə Moskva Kənd təsərrüfatı institutunu bitirərkən 18 məqalənin müəllifi olub.

1919-cu ildə Xalq torpaq komissarlığında işləyib. Kəndli əmək təsərrüfatları nəzəriyyəsi, kooperasiya, istehsalın yerləşdirilməsi nəzəriyyəsi, aqronomluq onun tədqiqatının əsas istiqamətləridir. O, kooperativ hərəkatının inkişafına böyük fikir verib. Çayanov sübut etmişdi ki, kənd təsərrüfatının effektiv inkişafı böyük olmayan ailə-əmək təsərrüfatlarının fəaliyyəti nəticəsində əldə edilir.

İqtisadi fəaliyyəti Rus iqtisadçısı və eyni zamanda şair və yazıçı kimi də məşhurlaşmış Aleksandr Vasilyeviç Çayanov ensiklopedik təfəkkürlü tanınmış alimlərdən olmuşdur. Kooperasiya ideyalarının davamlı təmsilçisi A. V. Çayanov həm də rus-sovet elitasının 1937-ci il qurbanlarındandır. Onun müvafiq istiqamətdə əsas elmi araşdırma və tədqiqatları "Kəndli təsərrüfatının təşkili", "Kooperasiyanın qısa kursu", "Kənd təsərrüfatı kooperasiyasının başlıca formaları və ideyaları" əsərləri təşkil edir. A. Çayanovun nəzəriyyəsi konseptual istiqamətlərini təşkilati planlılıq və müəssisənin istehsal xərclərinin ölçülərində təcəssüm olunan diferensial optimumları ehtiva edir. Adminstrativ kolxoz formasının əlehidarı kimi çıxış edən A. Çayanov daha sərfəli sovxoz modelinə üstünlük verirdi. Alimin fikrincə burada mexaniki texnikanı və aqrar elminin nailiyyətlərini daha asan və mükəmməl tətbiq etməsəbəblərdən də siyasi rəhbərlik A. Çayanovun plan və proqramlarına qəzərepresiyaya məruz qoymuşdur.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Видеолекция Теодора Шанина об Александре Чаянове на сайте Руниверс Чаянов Александр Васильевич. Lib. Ru: Чаянов Александр Васильевич: Проза. Сайт, посвящённый творчеству Чаянова А. В. .

Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:SSRİ sosioloqları Kateqoriya:SSRİ-də edam olunanlar Kateqoriya:Rusiya antropoloqları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Rusiya sosioloqları Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar