Ellinizm və ya Hellinizm (; ) Aralıq dənizinin şərq sahili ölkələri tarixində mərhələ; Makedoniyalı İsgəndərin e.ə. 334–323-cü illərdə hərbi səfərlərindən tutmuş, həmin ölkələrin Roma imperiyası tərəfindən işğalına qədər olan dövrü əhatə edir. Bu zaman aralığında yunan və İran, yunan və Misir, yunan və hind mədəniyyətlərinin sintezi baş vermişdir. Ellinizm ifadəsi tarixşünaslığa alman tarixçisi İohan Qustav Droyzen tərəfindən gətirilmişdir. Tarixçilər ellinizm terminini müxtəlif şəkildə şərh edirlər; bir çoxları yunan və yerli xüsusən də şərq mədəniyyətlərinin qarşılıqlı təsirini ön plana çəkir, bəzən ellinizm anlayışının xronoloji sərhədlərinin orta əsrin başlanğıcına qədər gətirib çıxardırlar. Digərləri isə başlıca diqqəti sosial-siyasi strukturların qarşılıqlı təsiri məsələsinə yönəldir, yunan-makedoniyalıların aparıcı rolunu qeyd edirlər. Ellinizmin tarixini bir qayda olaraq ellinist dövlətlərin yaranması, İsgəndərin sərkərdələri diadoxların mübarizəsi, ellinizmin çiçəklənməsi, ellinist dövlətlərin tənəzzülü və Roma tabeliyinə keçməsi dövrlərinə bölürlər.

Ellinlər*Azərbaycan Sovet Ensiklopediyası IV cild, səh. 39, Bakı, 1980 Ellinlər () yunanların özlərinə verdikləri ad. Hələ qədim Şərqi Aralıq dənizyanı ərazilərdə yaşayan və yunan dilində danışan əhali. Homer yalnız Cənubi Fessaliyanın Ellada vilayətinin əhalisindən ellinlər kimi bəhs etmişdir. Sonralar Orta və Şimali Yunanıstanın bütün əhalisinə aid edilən ellinlər adı dorilər tərəfindən Peloponesə yayılmışdı. Ellinlərin əcdadı əfsanəvi Ellin hesab olunur. Ellinlər termininin ümumxalq termini kimi işlədilməsi, ehtimal ki, yunan koloniyalarının və başqa xalqlarla ticarət münasibətlərinin inkişafı ilə əlaqədar olmuşdur. Bütün yunanların adı kimiellinlər terminini ilk dəfə Arxilox işlətmişdir.

Ellinist dövlətlər İsgəndərin ölümündən sonra qısa müddətli çəkişmələrə baxmayaraq Balkanlardan başlamış, Egey dənizi adaları, Misir, Yaxın Şərq və Orta Asiyanın cənub əraziləri daxil olmaqla Hind çayının aşağı axarınadək olan bir ərazini əhatə edən dövlətin bütövlüyünü qoruyub saxlamaq mümkün olmuşdur. II Filippin qeyri-qanuni oğlu Arridey və İsgəndərin arvadı Roksananın doğacağı uşaq vəliəhd elan olundular. Əslində isə hakimiyyət İsgəndərin dövründə yüksək hərbi və saray vəzifələri tutan bir qrup makedoniyalı əsilzadələrin əlinə keçmiş olur. Kəmağıl III Filipp (Arride) və IV Aleksandr (Roksananın yenicə doğduğu uşağı) dövründə Perdikka regent oldu, Yunanıstan və Makedoniya AntipatrlaKraterinin əlində qaldı. Frakiya Lisimaxın tabeliyinə keçdi. Antiqon Kiçik Asiyada ən nüfuzlu şəxsə çevrildi. Misir Ptolomey Laqın ixtiyarına verildi. Orduda bütün rəhbər vəzifələri Selevk və Antipatrın oğlu Kassandr tutdu. Perdikka işğal olunmuş əraziləri qarət etməklə yaşamağa öyrəşmiş ordudan istifadə edərək təkhakimiyyətliliyini möhkəmləndirməyə çalışırdı. Onun Antiqona və Ptolomey Laqa qarşı çıxışları diadoxların hakimiyyət üstündə uzunmüddətli çəkişmələrinin başlanğıcı oldu. Perdikkanın Misirə qarşı 321-ci ildə hərbi səfəri bir o qədər də uğurlu olmadığından orduda baş verən narazılıqlar fonunda sərkərdələri tərəfindən onun öldürülməsi ilə nəticələndi. Nəticədə Antipart regent keçdi, Antiqona isə Asiyanın strateq-avtokratoru səlahiyyəti verildi. Selevk Babilistan satraplığının hakimi oldu. 319-cu ildə Antipatrın ölümündən sonra diadoxların müharibəsi yenidən başlandı. Yunanıstan və makidoniya əsas hərbi mübarizələr meydanına çevrildi. Antipatrdan sonra səlahiyyət sərkərdə Poliperxonta keçdi. Kassandr Poliperxonta qarşı mübarizəyə başladı; bu mübarizəyə çar evi, Makedoniya əsilzadələri və yunan polisləri də cəlb olundu. Nəticədə çar sülaləsi tamamilə nüfuzunu itirmiş olur.

III Filipp, onun arvadı Evridika və İsgəndərin anası Olimpiada öldürüldü, Roksana oğlu ilə Kassandranın əlinə keçərək hər ikisi edam edildi. Beləliklə İsgəndər dövlətinin ayrı-ayrı əraziləri arasında olan formal əlaqə tamamilə qırılmış olur. Kassandr Yunanıstan və Makedoniyanın çox hissəsini özünə tabe etdi. Antiqonun güclərindən qorxan Kassandr, Ptolomey və Selevk ona qarşı ittifaq bağladılar. 312-ci ildə Ptolomey mühüm qələbə qazandı; 311-ci ildə bağlanmış sülhə əsasən diadoxlar müstəqil hakimlər kimi tanındı. Makedoniya taxt-tacını ələ keçirmək niyyətində olan Antiqon 307-ci ildə müharibəyə başladı. Onun oğlu Demetri Salamin yaxınlığında Ptolomeyin donanmasını məğlub etdi. Bu qələbədən sonra Antiqon özünə və Demetriyə çar titulu verdi. Lakin 301-ci ildə İps yaxınlığındakı həlledici döyüşdə Lisimax, I Selevk və Kassandr Antiqonu tam məğlubiyyətə uğratdılar; Antiqon döyüşdə öldürüldü, onun əraziləri əsasən I Selevklə Lisimax arasında bölüşdürüldü. Ptolomeylər dövləti, Selevkilər dövləti, Vifiniya və Pont padşahlığının əsas sərhədləri müəyyənləşdirildi. Makedoniya taxt-tacı uğrunda gedən sonrakı mübarizədə I Demetri qalib gəldi. Lakin 287–286-cı illərdə Lisimax Epir çarı Pirr ilə ittifaqda Demetrini məğlub edib, Makedoniyanı ələ keçirdi. Demetrinin oğlu II Antiqon Qonat 283-cü ildə Makedoniya çarı elan edilərək Frakiya ilə Makedoniyanı hakimiyyəti altında birləşdirdi. 281-ci ildə Lisimax I Selevklə mübarizədə həlak oldu, onun dövləti dağıldı. Sonra 281-ci ildə I Selevk də öldürüldü.

Xronologiya (e.ə. 400 – e. 100-cü illər)

Ellinizmin çiçəklənməsi Ellinizmin intibah dövrü e. ə. II–III əsrlərə təsadüf edir. Beləki III əsrdə hərbi münaqişələr məhəlli xarakter daşımağa başlamışdır. Ptolomeylər Egey dənizində və Yunanıstanda Makedoniyanın hökmranlığına son qoymağa can atırdılar. Bu zaman Makedoniyanın Yunanıstanın hesabına ərazilərini genişləndirmək planları yunan polislərin müqavimətinə rast gəlirdi. 283-cü ildə Perqam padşahlığı Selevkilərdən ayrıldı, 260-cı ildə Kappadokiya müstəqillik qazandı. Təqribən III əsrin ortalarında Parfiya və Yunan-Bəlx padşahlıqları yarandı. Ellinizm cəmiyyətinin iqtisadi inkişafının xarakter cəhəti əmtəə istehsalının və ticarətin artması idi. İsgəndəriyyə, Antioxiya və Selevkiya kimi yeni ticarət və sənətkarlıq mərkəzləri yarandı. Kiçik Asiya və Suriyanın sahil rayonlarında yeni polislər meydana gəldi. Misir, Suriya, Kiçik Asiya Yunanıstan və Makedoniya arasında müntəzəm dəniz əlaqələri yarandı; Qırmızı dənizdən Fars körfəzi boyunca, oradan da Hindistana ticarət yolu açıldı. Misirin Qara dəniz ölkələri, Karfagen və Roma ilə ticarət əlaqələri yarandı. Pul tədavülü və dövriyyəsi genişləndi. Diadoxlar arasındakı yarıməsrlik mübarizə dövrü, əslində, mürəkkəb strukturlu və yeni dövlət tipli ellinizm cəmiyyətinin yaranması dövrü idi. Çar ailəsi və saray adamları ali hərbi və mülki inzibati idarə aparatı, daha zəngin şəhərlilər və ali kahinlər yuxarı təbəqəni təşkil edirdi. Tacirlər, sənətkarlar, çar idarələrinin işçiləri, yerli kahinlər, müəllimlər, alimlər və filosoflar orta təbəqəyə aid edilirdilər. Əmlaksız yerli əhali asılı və yarım asılı əkinçilər, çar emalatxanalarının işçiləri aşağı təbəqəyə daxil idilər. Ən aşağı pillədə isə qullar dururdu. Yunanıstan və makedoniyada sosial inkişaf tipi öz xüsusiyyətilə seçilirdi. Yunan polislərinin Makedoniyaya birləşdirilməsi onlara əhəmiyyətli iqtisadi üstünlük vermədi. Polislərdə müstəqillik ən-ənələri güclü olduğundan Makedoniyanın işğalçılıq siyasəti əhalinin demokratik təbəqələrinin iddialı müqavimətinə rast gəlirdi. Makedoniya hökmranlığına qarşı Etoliya və Axayya kimi polis ittifaqları yaranmağa başladı. Lakin Axayya ittifaqının rəhbərliyiSpartadakı sosial həyatın inkişafından qorxaraq kımək üçün Makedoniya çarı III Anteqon Dosona müraciət etdi. 222/221-ci illərdə Sellasiya yaxınlığındakı döyüşdə Makedoniya və Axayya ittifaqının birləşmiş qüvvələri Sparta çarı III Kleomenin ordusunu məhv etdi, Spartaya Makedoniya qarnizonu yeridildi. Misirin daxili çətinliklərindən istifadə edən Makedoniya çarı V Filipp Selevki çarı III Antioxla ittifaqa girərək Ptolomeylərin Misirdən kənardakı torpaqlarını öz aralarında bölüşdürdülər. Zunan polislərinin azadlıq şüarından istifadə edən Roma Etoliya və Axayya ittifaqlarını öz tərəfinə çəkdi, Makedoniyaya qarşı müharibəyə başlandı. 197-ci il sülh müqaviləsinə əsasən Makedoniya Kiçik Asiya, Egey dənizi və Yunanıstandakı bütün ərazilərini itirdi. Misir daxili çətinliklərdən və Makedoniyanın Roma ilə müharibədə məğlubiyyətindən istifadə edən III Antiox təqr. e.ə. 210–204-cü illərdə Parfiya və Bəlxi Selevkilərdən asılı olmağa məcbur etdi. E. ə. 190-cı ildə Maqnesira yaxınlığında Romaya məğlub olduqdan sonra o, Avropa və Kiçik Asiyadakı ərazilərindən əl çəkməyə məcbur oldu. Bəlx, Parfiya və Sofena da Selevkilərin aslılığından çıxdı. Romanın qələbəsi siyasi vəziyyəti kökündən dəyişdirmiş oldu. Nəticədə ellenist dövlətlərin şərqi Aralıq dənizi əyalətlərində hegemonluğuna son qoyuldu.

Ellinist dövlətlərin süqutu Qərbi Aralıq dənizi ölkələrinin Roma hakimiyyəti altında birləşməsi e.ə. II əsr-I əsrin sonuna təsadüf edir. Nəticədə bu hadisə Yunanıstanın Siciliya və qərbdəki digər kaloniyaları ilə ənənəvi ticarət əlaqələrində, habelə Misir və Suriyanın e.ə. III əsrdən Şimali Afrika və Roma ilə möhkəmlənməmiş əlaqələrində mühüm dəyişikliyə səbəb oldu. Ticarət yollarının və iqtisadi mərkəzlərinin yerdəyişməsi baş verdi. Romalıların hərbi və iqtisadi ekspansiyası İtaliyada və digər işğal edilmiş vilayətlərdə quldarlıq münasibətlərinin intensiv inkişafına səbəb oldu; əhali kütləvi şəkildə əsarətə alındı, qul alveri və əməyinin tətbiqi geniş vüsət aldı. Romalılar işğal olunmuş dövlətlərin arasında ixtişaşları dərinləşdirməyə yönəldilmiş və durmadan artırılan vergi siyasəti kütləvi xalq hərəkatına və vətəndaş mmüharibələrinə səbəb olurdu. Makedoniya çarı Perseyin yunan polislərini Romaya qarşı birgə mübarizəyə cəlb etmək səylərinə baxmayaraq ona yalnız Epir və İlliriya qoşuldu, nəticədə Makedoniya ordusu Pidne yaxınlığında 168-ci ildə darmadağın edildi. Makedoniya dörd mahala bölündü. Epir şəhərinin əksəriyyəti dağıdıldı, 150 mindən artıq adam qul kimi satıldı. E.ə. 133-cü ildə Perqam Romanın tabeliyinə keçdi. Selevkilər dövlətindəki separatizm nəticəsində Babilistan, Parfiya və Midiya onun tərkibindən çıxmış oldu. E.ə. I əsrin əvvəllərində Kommagen və İudeya vilayətləri müstəqillik əldə etdi. E.ə. 64-cü ildə Selevki çarlığı suriya əyaləti adı ilə Romaya birləşdirildi. E.ə. 96-cı ildə Kirenaika, 58-ci ildə Kipr, 30-cu ildə isə sonuncu ellinist dövləti olan Misir Roma tərəfindən işğal olundu. Beləliklə siyasi sistem kimi ellinist dövrünə son qoyulmuş oldu.

Ellinizm mədəniyyəti 250px|thumb|Qədim Perqam şəhərinin maketi 250px|thumb|Qədim Perqam şəhərinin xarabalıqları Ellinizm mədəniyyəti dedikdə xronoloji olaraq ellinizm dövrü mədəniyyəti, tipoloji olaraq isə yunan və yerli ünsürlərin bir-birilərinə qarşılıqlı təsirin nəticəsində meydana çıxmış mədəniyyət nəzərdə tutulur. Ellinist ölkələri ərazisində bərqərar olmuş mədəniyyət yekrəng deyildir. Həmin mədəniyyət hər bir vilayətdə yerli, nisbətən sabit mədəniyyət ənənələri ilə, işğalçılar, gəlmə yunanlar və qeyri yunanlar tərəfindən gətirilən mədəniyyətin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır. Ellinizm mədəniyyətinin çiçəklənməsi e.ə. IV–III əsrlərəaiddir. Ellinizm dövrü monarxiyaların yaranması, yeni hüquq münasibətləri və sosial-psixoloji keyfiyyətlər və yeni məzmunlu ideologiyanı formalaşdırmış oldu.

Elm