'Adam ol! 2' — tammetrajlı bədii filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnda istehsal edilmişdir. Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir. Vəfa onun əməklərini nəinki qiymətləndirmir, hətta təkzib edir. Xəyanətə uğramış Sərxan şou-biznes həyatını tərk etmək qərarına gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Nüşabə Ələsgərli, Vəfa Zeynalova, Gülşən Qurbanova, Könül Kərimova, Arif Quliyev, Yaşar Nuri və Vüqar Camalzadə ifa edirlər.
Məzmun Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir. Vəfa onun əməklərini nəinki qiymətləndirmir, hətta təkzib edir. Xəyanətə uğramış Sərxan şou-biznes həyatını tərk etmək qərarına gəlir.
Film haqqında Film Əjdər İbrahimovun ssenarisi üzrə çəkilən "Qayınana" filminin müəyyən motivləri əsasında çəkilmişdir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Sərxan Kərəmoğlu Rejissor: Sərxan Kərəmoğlu Operator: Pərviz Əzimzadə Rəssam: Naira Bəstəkar: Rauf Məmmədov
Rollarda Sərxan Kərəmoğlu — Sərxan Nüşabə Ələsgərli — Nüşabə Vəfa Zeynalova — Vəfa Gülşən Qurbanova — özü Könül Kərimova — Könül Arif Quliyev — Sərxanın tanışı Yaşar Nuri — Yaşar Vüqar Camalzadə — Vüqar Xanım Qafarova — prodüser Gülnar Salmanova — Gülnar Aygün Kazımova — Aygün Anar Heybətov — Anar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2006-cı ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər YouTube-da izlə
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər