Edit Piaf (; ) — Dünyaca məşhur fransız müğənnisi.

Həyatı 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı mərakeş əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi. Sonra, konyuktivitdən gözləri kor olan qızcığaz möcüzənin hesabına gözlərinə yenidən qovuşur. 17 yaşında olarkən, dünyaya gətirdiyi ilk və tək qızı 2 yaşındaykən, meningitdən dünyasını dəyişir. Günlərin birində həyat üzünə gülür və onu Edit Piaf edir. Getdikcə spirtli içkilərin aludəçisi olmağa başlayır, karyerasının inkişafı ilə yanaşı şəxsi həyatında da əhəmiyyətli dəyişikliklər baş verir, dövrünün peşəkar boks üzrə dünya çempionu olan Marsel Serdan ilə tanış olur və onunla özünün dediyinə görə həyatının ən maraqlı eşqini yaşayır. Şəxsi həyatında xoşbəxtliklərin baş verməsi ilə yanaşı, karyerasında da böyük sıçrayış olur, onun mahnıları fransızların və bütün dünyanın sevimlisinə çevrilir. Ona Parisin "sərçəcik" müğənnisi deyiblər və deyirlər də. Oxuduğu mahnılardan birinin sözləri kimi "sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm" 1963-cü ildə ağ ciyər xərçəngindən dünyasını dəyişir və həmin dövrün Paris Katolik Kiləsəsinin keşişi, keçirdiyi əxlaqsız həyat tərzinə görə ona dəfn mərasimi keçirtməyi rədd edir və tabutu 100.000-dən çox fanatının əlləri üstündə Per-Laşez qəbiristanlığına aparılır. Fransız müğənnisi Şarl Aznavurun Edit Piafın dəfn olunmasını belə xatırlayırdı:

"Mən, İkinci Dünya müharibəsindən bəri Parisdə bu qədər adamın bir yerə toplaşdığını görməmişdim"

thumb|250 px|right|Edit Piafın Per-Laşez qəbiristanlığında yerləşən məzarı

Edit Piaf, daha doğrusu Edit Covanna Qasson artist ailəsində dünyaya gəlib. Özü də küçədə. Bəli, məhz küçədə. Onun atası Lui Alfons Qasson arvadı Anet Mayeri xəstəxanaya çatdırmaq üçün taksi axtararkən, uşağın dünyaya gəlməsində o zaman məhəlləni nəzarətdən keçirmək üçün növbə başına keçən, polislər kömək edib.

Altı yaşına kimi dünya işığına həsrət qalan Editin səhnə adı "Piaf" fransız dilindən tərcümədə sərçəcik deməkdir. Onun ulduzu Troyo küçəsindəki səkidən sonra parlamağa başlayıb. "Jerni" kabaresinin sahibi Lui Leplenin diqqətini çəkən Edit tezliklə səhnədə parlamağa başlayıb.

1936-cı ildə Edit "Medrano" sirkinin səhnəsində fransız estradasının Moris Şevalye, Mistangett, Mari Dübua kimi məşhur ulduzları ilə eyni səhnəni paylaşıb.

Çox vaxt yeni parlayan ulduz üçün şou-biznesdə yeni addım atmağa başlayan bəstəkar və şairlər mahnı bəstələyirdilər.

Yaradıclığının əksər hissəsini Edit hamıya əyləncə üçün çalıb-oxuyan ifaçı kimi deyil, sənət sahibi olduğunu sübut etməklə keçirib. Tamaşaçını onu olduğu kimi qəbul etməsini istəyən Edit Piafın bir dəfə ABŞda nəzərdə tutulan turnesi az qala alt-üst olacaqmış. O, hətta, bu turne üçün Parisdəki mənzilini belə satmışdı.

Səhnədə əsl parıltılı ulduz görəcəklərini düşünən amerikalılar, bunun əvəzində qara libaslı qadın gördükdə təəccübləniblər. Və o zama,n Edit Piaf başa düşüb ki, qastrollara gedəcəyin ölkənin adət-ənənsini və zövqünü nəzərə almaqla ciddi hazırlaşmaq lazımdır. Tədricən Amerikanı fəth etməyə müvəffəq olan Edit, düz 11 ay bu ölkədə konsert proqramları ilə çıxış edib.

Onun adı afişalarda kimlərinsə isimləri ilə yanaşı balaca bir sətirdən yazılmaqla, fərdi şəkildə xüsusi plakatlara qədər inkişaf edib. Artıq Edit dünyanın bir çox məşhur konsert salonlarının səhnələrində çıxış edirdi. Onların arasında "Olimpio", "Mulen-Ruj","Karneüi-Hol", "Versal" da var idi. "Versal", Nyu-Yorkun Manhetten rayonunda yerləşən ən məşhur kabarelərindəndir.

Ömrü boyu öz təhsili ilə məşğul olan Edit Piaf həmkarlarının da konsert proqramlarını maraqla izləyib. Musiqi təhsili olmasa da, eşitdiyi mahnını bir başa pianoda ifa etməyi bacarırdı.

Tədricən mahnılar bəstələyən Piafı müəlliflər, bəstəkarlar və musiqi naşirləri cəmiyyətinə üzv də qəbul ediblər. Onun üçün mahnıda daha çox mətn əhəmiyyətli olub.thumb|Edit Piaf uşaqlıq illərindəÖzünün "Çəhrayi rəngli həyat" adlı ilk mahnısını Edit Piaf 1945-ci ildə gecə qatarındakı görüşlərindən birinin təsiri altında olduğu zaman yazıb. Sonra, ifa etmək üçün bu mahnını Mariann Mişelə təqdim edib. Müğənninin sözlərinə görə, bu mahnı da daxil olan valın tirajı 3 milyon nüsxə ilə satılıb. Sonralar, "Çəhrayi rəngli həyat" mahnısını repartuarlarına daxil edən müğənnilər arasında Binq Krosbi və Luis Armstronq kimi ifaçılar da vardı. Mahnı Edit Piafın vizit kartına çevrilib.

thumb|250 px|right|Edit Piafın Polşanın Kelse şəhərində yerləşən büstü O, hər şeyə qalib gəldi. Xəstəliyə də, alkoqol asılılığına da, narkotiklərə də. Onu dəfn edən Fransa olduğu halda, ölümünə bütün dünya ağlayırdı.

Edit Piaf hələ sağ ikən özü haqqında kitab yazıb. Sonradan, onun bacısı bu kitaba müəyyən əlavələr edib.

Mahnıları 1935 Mon apéro La java de Cézigue

1936 L'étranger Les mômes de la cloche J'suis mordue Fais-moi valser La fille et le chien La Julie jolie Va danser Chand d'habits Reste Les hiboux Quand même La petite boutique Y' avait du soleil Il n'est pas distingué Les deux ménétriers Mon amant de la coloniale

1937 Mon légionnaire Le contrebandier Un jeune homme chantait Tout fout le camp Ne m'écris pas C'est toi le plus fort Le Fanion de la Légion Partance Dans un bouge du vieux port Paris-Méditerranée Browning Entre Saint-Ouen et Clignancourt J'entends la sirène Mon cœur est au coin d'une rue Le chacal Corrèqu'et réguyer Ding, ding, dong

1938 Madeleine qui avait du cœur Les marins ça fait des voyages С'est lui que mon cœur a choisi Le grand voyage du pauvre nègre La java en mineur Le mauvais matelot

1939 Y' en a un de trop Elle fréquentait la rue Pigalle Le petit monsieur triste Les deux copains Je n'en connais pas la fin

1940 Embrasse-moi On danse sur ma chanson Sur une colline C'est la moindre des choses Jimmy, c'est lui Escale L'accordéoniste Y' en a un de trop

1941 Où sont-ils mes petits copains? C'était un jour de fête C'est un monsieur très distingué J'ai dansé avec l'amour L'homme des bars

1942 Simple comme bonjour Le vagabond Un coin tout bleu C'était une histoire d'amour Sans y penser

1943 Tu es partout J'ai qu'à l'regarder Le chasseur de l'hôtel Le disque usé Le brun et le blond Monsieur Saint-Pierre Coup de grisou

1944 Un monsieur me suit dans la rue Les deux rengaines Y a pas d'printemps Les histoires de coeur C'est toujours la même histoire

1945 Celui qui ne savait pas pleurer Escale Regarde-moi toujours comme ça Les gars qui marchaient Il riait De l'autre côté de la rue J'ai qu'à le regarder

1946 La vie en rose Les trois cloches Dans ma rue J'm'en fous pas mal C'est merveilleux Adieu mon cœur Le chant du pirate Céline Le petit homme Le roi a fait battre tambour Dans les prisons de Nantes Miss Otis regrets

1947 C'est pour ça Mariage Monsieur Lenoble Qu'as-tu fait John ? Un refrain courait dans la rue Sophie Le geste Si tu partais Une chanson à trois temps Un homme comme les autres Les cloches sonnent Johnny Fedora et Alice blue bonnet Le rideau tombe avant la fin Elle avait son sourire Monsieur Ernest a réussi

1948 Les amants de Paris Il a chanté Les vieux bateaux Il pleut Cousu de fil blanc Amour du mois de mai Monsieur X

1949 Bal dans ma rue Pour moi tout' seule Pleure pas Le prisonnier de la tour L'orgue des amoureux Dany Paris

1950 Hymne à l'amour Le chevalier de Paris Il fait bon t'aimer La p'tite Marie Tous les amoureux chantent Il y avait C'est d'la faute à tes yeux C'est un gars Hymn to love The three bells Le ciel est fermé La fête continue Simply a waltz Autumn leaves Cause I love you Chante-moi Don't cry I shouldn't care My lost melody La vie en rose

1951 Padam… Padam… Avant l'heure L'homme que j`aimerai Du matin jusqu'au soir Demain il fera jour C'est toi Rien de rien Si, si, si, si Demain À l'enseigne de la fille sans cœur Télégramme Une enfant Plus bleu que tes yeux Le Noël de la rue La valse de l'amour La rue aux chansons Jézébel Chante-moi Chanson de Catherine Chanson bleue

1952 Au bal de la chance Elle a dit Notre-Dame de Paris Mon ami m'a donné Je t'ai dans la peau Monsieur et madame Ça gueule ça, madame

1953 Bravo pour le clown Sœur Anne N'y va pas Manuel Les amants de Venise L'effet qu'tu m'fais Johnny, tu n'es pas un ange Jean et Martine Et moi Pour qu'elle soit jolie ma chanson Les croix

1954 La Goualante du pauvre Jean Enfin le printemps Retour Mea culpa Heureuse Ça ira Avec ce soleil L'homme au piano Sérénade du pavé Sous le ciel de Paris

1955 Un grand amour qui s'achève Miséricorde C'est à Hambourg Enfin le Printemps Légende

1956 L'accordéoniste Heaven have mercy One little man Avant nous Et pourtant Marie la Française Les amants d'un jour L'homme à la moto Soudain une vallée Une dame Toi qui sais

1957 La foule Les prisons du roy Opinion publique Salle d'attente Les grognards Comme moi

1958 C'est un homme terrible Je me souviens d'une chanson Je sais comment Tatave Les orgues de barbarie Eden blues Le gitan et la fille Fais comme si Le ballet des cœurs Les amants de demain Les neiges de Finlande Tant qu'il y aura des jours Un étranger Mon manège à moi

1959 Milord T'es beau, tu sais

1960 Non, je ne regrette rien La vie, l'amour Rue de Siam Jean l'Espagnol La belle histoire d'amour La ville inconnue Non, la vie n'est pas triste Kiosque à journaux Le métro de Paris Cri du cœur Les blouses blanches Les flons flons du bal Les mots d'amour T'es l'homme qu'il me faut Mon Dieu Boulevard du crime C'est l'amour Des histories Ouragan Je suis à toi Les amants merveilleux Les bleuets d'azur Quand tu dors Mon vieux Lucien Je m'imagine Jérusalem Le vieux piano

1961 C'est peut-être ça Le dénicheur J'n'attends plus rien J'en ai passé des nuits Exodus Faut pas qu'il se figure Les amants Non, je ne regrette rien Le billard électrique Marie-trottoir Qu'il était triste cet Anglais Toujours aimer Mon Dieu (en anglais) Le bruit des villes

1962 Dans leur baiser À quoi ça sert l'amour? Le droit d'aimer À quoi ça sert l'amour? Fallait-il Une valse Inconnu excepté de Dieu Le droit d'aimer Quatorze Juillet Les amants de Teruel Roulez tambours Musique à tout va Le rendez-vous Toi, tu l'entends pas! Carmen's story On cherche un Auguste Ça fait drôle Emporte-moi Polichinelle Le petit brouillard Le diable de la Bastille Elle chantait

1963 C'était pas moi Le chant d'amour Tiens, v'la un marin J'en ai tant vu Traque Les gens Margot Cœur Gros Monsieur Incognito L'homme de Berlin

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:Parlophone artistləri Kateqoriya:Qaraciyər xərçəngindən ölənlər Kateqoriya:EMI Records artistləri Kateqoriya:Fransa aktrisaları