Taspar xaqan (572-581) — Aşina sülaləsindən Göytürk xaqanlığının IV xaqanı.
Həyatı Bumın xaqanın üçüncü oğlu idi. Atasından fərqli olaraq Şimal Ki imperiyası ilə yaxşı münasibətdə idi.Onların təsiri ilə Buddist oldu və Şimal Çjou sülaləsinə qarşı hücumları çoxaltdı. Bir çox buddist mətni Türk dilinə tərcümə edildi. 577-ci ildə son Ki imperatoru Qao Şaoyi-yə siyasi sığınacaq vermişdi. 579-cu ildə Şimal Çjou ilə sülh bağlamaq istəsə də, imperator Hsüanın iki şərti vardı - öz əmisiqızı Kiancin ilə evlənəcək və Qao Şaoyini təslim edəcəkdi. Taspar xaqan bu təklifdən imtina etdi. 580-ci ildə imperator Hsüanın yerinə keçən imperator Cinq şahzadə Kiancini onunla evləndirməyə qərar verdi. Həmçinin xaqana rüşvət verərək Qao Şaoyini təslim etdi. O, hər iki imperatora oğlum deyə xitab edib onlardan yüksəkdə durduğunu göstərirdi.Emperor Yang of the Sui Dynasty: His Life, Times, and Legacy - Victor Cunrui Xiong
Ölümü Taspar xaqan 581-ci ildə öldükdən sonra xaqanlığa kimin keçəcəyi mübahisəsinə görə Göytürk vətəndaş müharibəsi başladı.Belə ki, Taspar xaqan taxtı Muğan xaqanın oğlu Apa xaqana tapşırmışdı.Lakin adət-ənənəyə görə taxt-tac Qara İssıq xaqanın oğlu İşbara xaqanın olmalı idi.
Ailəsi
Amrak xaqan Tuğruq şad Kilibi xaqan
İstinadlar
Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Aşina ailəsi