Henri Pelham (, ) — Britaniyanın dövlət xadimi, viqlər partiyasının üzvü, Britaniyanın 3-cü baş naziri.

Bioqrafiya Henri Pelham siyasətçi ailəsində anadan olub. 1717-ci ildə o, Siford şəhərindən parlamentə üzv qəbul olunur. 1724-cü ildən Robert Uolpolun hökumətinə daxil olur və istefasına qədər orada qalır.

Partiyaların koalisiyası sayəsində Pelem 1743-cü ildə Böyük Britaniyanın baş naziri, Birinci və Kansler Xəzinadar lordu olur. Birinci il real hakimiyyət dövlət katibi Con Karteleta məxsus olsa da, hökumətin sonrakı vacib fəaliyyətində əsas rolu Pelem və onun böyük qardaşı Tomas Pelem-Holls oynayır. Pelemin hakimiyyəti dövründə Böyük Britaniya bir neçə kolonial müharibələrdə iştirak etmişdir. Ən əsas hadisələrdən biri 1752-ci ildə təqvimin dəyişilməsi oldu. Belə ki, Böyük Britaniya qriqorian təqvimi qəbul etdi. İlin başlanğıcı 25 martdan 1 yanvara keçirildi.

Pelemin ölümündən sonra hökumətin baş-naziri onun qardaşı Tomas oldu.

İstinadlar

Xarici keçidlər Pelemin bioqrafiyası . Böyük Britaniyanın hökumət vebsaytı.

Kateqoriya:Birləşmiş Krallıq baş nazirləri Kateqoriya:Oksford Universitetinin məzunları Kateqoriya:Birləşmiş Krallıq Kateqoriya:Britaniya siyasətçiləri