Şirk () — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir.
Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğman öz oğluna nəsihət edəndə belə dedi: "Oğlum, Allaha şərik qoşma. Çünki şirk böyük zülmdür".Loğman surəsi, 13
Başqa bir ayədə buyurulur: "…Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"Kəhf surəsi, 110
Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən aşağı dərəcəsi budur ki, insan meyvə çərdəyinə "bu bir xırda daş parçasıdır", daş parçasına da "bu bir çərdəydir" desin. Sonra da, özünün bu sözünə inansın və ondan dönməsin."əl-Kafi, c.2, səh. 397, hədis 1. (Məhəmməd Baqirdən nəql olunur.), yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonra da ona xatir sevən və düşmənçilik edən şəxsdir".əl-Kafi, c.2, səh. 397, hədis 2. (Cəfəri-Sadiqdən nəql olunur.)
Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır. Bu cür şirk gizli şirk adlanır. Bu barədə Quranda buyurulur: "Və onların əksəriyyəti Allaha iman gətirsələr də, Ona şərik qoşarlar".Yusif surəsi, 116. Həmin ayənin şərhində Cəfər Sadiq burada şirkin ibadətdə deyil, itaət məqamında olduğunu bildirir.əl-Kafi, c.2, səh.397, hədis 4. Əslində birndən üzrxahlıq etməkdə də gizli şirk mümkündür, ona görə də Peyğəmbər bu cür üzrxahlıq etməyə səbəb olan işlərdən çəkinməyi tövsiyə edir: "Üzrxahlığa səbəb olan işdən çəkin. Çünki onda gizli bir şirk var".Biharul-Ənvar, c.78, səh.200, hədis 28
Həmçinin Qurani-Kərimdə şirkdən başqa bütün günahların bağışlanmasının mümkünlüyü vurğulanır: "Allah Ona şərik qoşmağı bağışlamaz. Bundan qeyri günahları isə, istədiyi şəxsə bağışlayar. Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, çox azmışdır".Nisa surəsi, 116
Bir varlığın qarşısında həmin varlığı məbud hesab etmədən səcdə olunması həmin varlığa ibadət etmək qənaətinə gəlmir, yəni ibadətdə şirk hesab olunmur. Belə ki, Qurani-Kərimdə Yusif peyğəmbərin qissəsində buyurulur: "(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!"Yusif surəsi, 100
Mənbə
Kateqoriya:Bütlərə sitayiş Kateqoriya:İslam terminləri Kateqoriya:İslamda günah