David Hilbert (; ) — alman riyaziyyatçısı, XX əsr riyaziyyatın inkişafına əhəmiyyətli töhfə verməklə yanaşı, riyaziyyatın bir çox sahələrinin inkişaf yollarını göstərən məşhur riyaziyyatçı alim."Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.606

Həyatı David Hilbert 1862-ci ildə Köniqsberqdə anadan olmuşdur. 1895 və 1929-cu illər arasında Gettingen Universitetində professor olmuşdur. XX əsrin əvvəlində Alman riyaziyyat məktəbinin başçısı hesab edilir. 1897-ci ildə cisim anlayışını və cəbri rəqəmlər qurmuşdur. 1890-cı illərdəki ilk çalışmaları sırasında, cəbri həndəsə və müasir cəbrdə əhəmiyyətli rol oynayan invariantlar nəzəriyyəsinin əsas qanunlarını ortaya çıxarmağı bacarmışdır.

Aksiomatik nəzəriyyə, operatorlar nəzəriyyəsi, funksional analiz, nəzəri fizika və s. sahələrdə dərin nəticələr almışdır.

İstinadlar

Xarici keçidlər Hilbert

Kateqoriya:Almaniya riyaziyyatçıları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri