Köpək Barbos və qeyri-adi qaçış () — rejissor Leonid Qaydayın filmi.

Məzmun Bu, Stepan Oleynikin bir felyetonu əsasında çəkilmiş qeyri-adi və ekssentrik kinokomediyadır. Burada uğursuz brakonyer üçlüyü — Qorxaq, Axmaq və Çoxbilmişin balıqtutma zamanı dinamitlə olan sərgüzəştlərindən danışılır.

Film haqqında Filmin çəkilmiş hazır materialı 30 dəqiqə təşkil edirdi. Lakin filmin rejissoru Leonid Qayday hazır işi 10 dəqiqəyə qədər qısaldır. Beləcə filmdən bir çox trüklər çıxarılandan sonra bu kadrlar "Araq çəkənlər" filmində istifadə olundu.

Çəkilişlər üçün aktyor Yuri Nikulinin gözlərinə uzun kirpiklər yapışdırılmışdı. Filmin quruluşçu rejissoru Leonid Qayday Yuri Nikulinə demişdi: "Sizin olduqca gülməli simanız var. Burada yalnız bir detal fikirləşmək lazımdır. Siz sadəcə olaraq gözlərinizi qırpın. Əgər belə etmiş olsaq, sima ekranda daha gülməli və daha səfeh görünəcək".

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Stepan Oleynik Ssenari müəllifi: Leonid Qayday Quruluşçu rejissor: Leonid Qayday Operator: Konstantin Brovin Rəssam: Konstantin Stepanov Bəstəkar: Nikita Boqoslovski Səs operatoru: S. Litvinov

Rollarda Yevgeni Morqunov — Çoxbilmiş Georgi Vitsin — Qorxaq Yuri Nikulin — Axmaq

Xarici keçidlər Filmi bütöv izlə sayt YouTube

Həmçinin bax

Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1961-ci ilin SSRİ filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Rusiya haqqında filmlər Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:İtlər haqqında filmlər