() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı 1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40-70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4-sm-ə qədərdir. Yuxarıdakılar lansetşəkilli, sivri, tədricən çiçəkaltlığına keçir. Çiçək qrupu çoxçiçəkli salxım şəklindədir. Çiçəkləri aşağı əyilmişdir. Çiçık dodağının uzunluğu 1-1,2 sm, cılpaq, çiçək yanlığının üst yarpaqları uzundur və ya onlara bərabərdir, ağımtıldır, qırmızımtıl zolaqlarla, onun daxili hissəsi az çökükdür, daxildən oturaq, narıncı-ziyilli, kənarları xarici tərəfdən itidişlidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqdan orta dağ qurşağına qədər rütubətli yerlərdə, kölgəli meşə və kolluqlarda rast gəlinir.

Yayılması Böyük Qafqazın Quba hissəsində, Kür düzənliklərində, Kiçik Qafqazın şimalında Naxçıvanın dağlıq hissəsində rast gəlinir.

Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər İqlim, otarılma və tapdalanma.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:30–34 ID olan Taksonbar