Sergey İosifoviç Yutkeviç (; ) — Sovet kinorejissoru və ssenaristi.
Həyatı Sergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır.
Sergey Yutkeviç ÜDKİ-də dərs demişdir. Onun tələbələri sırasında Azərbaycanın görkəmli kinorejissorları Tofiq Tağızadə və Əjdər İbrahimovun da adlarını çəkmək olar.
Sergey İosifoviç Yutkeviç 23 aprel 1985-ci ildə vəfat etmişdir.
Filmoqrafiya
Rejissor fəaliyyəti Qara yelkən (1929) Qarşıdan gələn (1932) Şaxtaçılar (1937) Tüfəngli adam (film, 1938) Yakov Sverdlov (1940) Şveyk döyüşə hazırlaşır (1942) Şveykin yeni sərgüzəştləri (1943) Salam, Moskva (1945) Rusiya üzərində işıq (1947) Üç görüş (1948) Prjevalski (1951) Otello (film, 1955) Lenin haqqında hekayələr (film, 1957) Lenin Polşada (film, 1966) Lenin Parisdə (film, 1981)
Ssenarist fəaliyyəti Otello (film, 1955)
İstinadlar
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:Sergey Yutkeviçin filmləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:SSRİ film rəssamları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya Teatr Xadimləri İttifaqının üzvləri