Psevdomembranoz kolit bağırsaq florasının müvazinətinin yatrogen olaraq antibiotik vasitəsilə pozulması nəticəsində bakteriyalarının həddsiz çoxalmasından və onların ifraz etdiyi zəhərli toksinlərinin təsirindən meydana çıxmış bir hal, hərarətin qalxması, kəskin qarın ağrıları və ishal, dehidrotasiya (maye itirmə) ilə özünü büruzə verən bağırsaq iltihabıdır.
Törədicisi qrammüsbət, anaerob, adətən bağırsaq florasına aid olmasa da müayinə materialında rast gəlmə tezliyi böyüklərdə 5%, uşaqlarda 50% təşkil edir. İstənilən antibiotiklə xüsusilə də Penicillin, Ampicillin, Cephalosporin, Clindamycin, Lincosamid preparatları ilə uzun müddətli müalicə dezbaktriyoz hallarına səbəb ola bilər. tərəfindən ifraz olunan toksinlər bağırsaq divarının selikli qişasını zədələyərək "vulkan püskürməsi" şəkilli fibrin ifrazına səbəb olur ki, maye itkisi ilə nəticələnən kəskin qarıngetmələrə – qanlı ishallara gətirib çıxardır. Adətən tibbdə kolonoskopiya zamanı görünən bu mənzərəni "küçə döşəmə daşlarına" bənzədirlər.
Diaqnostikası Xəstənin şikayətləri qarın sancılarından, bəzən qanlı ishaldan, yüksək hərarətin olmasından, məye itirilməsi nəticəsində meydana çıxan halsızlıqdan ibarət olur.
Ultrasəs və kompyutertomoqrafiya müayinəsində yoğun bağırsağın divarının qalınlaşması aydın müşahidə edilir. Endoskopik müayinədə yoğun bağırsağın selikli qişasının fibrinlə örtüldüyünü görmək mümkündür. Nəcis materialı bakteriyasına və onun toksinə görə müayinə olunur. Bağırsaq divarından götürülmüş materialın biopsiya müayinəsində selikli qişanın kəskin iltihabını görmək mümkündür. Qanda iltihab göstəricisi C-reaktiv zülal (CRP) artmış olur.
Müalicəsi Su-duz müvazinətini nizamlamaq üçün elektrolit məhlulların infuziyası ilə yanaşı metronodazol və ya rifaksimin preparatlarının daxilə qəbulu təyin edilir. Digər antibiotiklərin təyinatı ləğv edilməlidir. Bunlardan əlavə qida rasionunda bağırsaq florasını bərpa etmək üçün yoğurt ya qatıq qida məhsulundan istifadə edilə bilinər. Fəsadlar Psevdomembranoz kolit maye itirilməsi hesabına Hipovolemik şok, toksininin orqanizmi zəhərlənməsindən septik şok, böyrək çatışmazlığı, bağırsaq divarının deşilməsi hesabına peritonit kimi hallarla fəsadlaşa bilir.
Xarici keçidlər http://info.multimedica.de/public/html/gufischer/KLF/KHFBI000F/0013/0004/KHFBI013FXXFF00406.html http://www.med-serv.de/ea-t2-e7-u30.html (mit endoskopischen Bildern) http://www.endoskopischer-atlas.de/k38.htm (mit endoskopischen Bildern) http://alf3.urz.unibas.ch/hipaku-permalink/037.htm (mit histologischen Bildern)
Kateqoriya:Yoluxucu xəstəliklər Kateqoriya:Qastroenterologiya Kateqoriya:Bakteriya xəstəlikləri