Nikolas "Nik" Cerri Conas (, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü.
Həyatı
Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində doğulmuşdur. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür.
Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır. Onun rol alması sayəsində film kino reytinqlərində ilk pilləyə yüksəlmişdir. Nik 2008-ci ildə Rok düşərgəsi (film, 2008), 2010-cu ildə isə Rok düşərgəsi 2 filmində çəkilib. Bununla bərabər o, Jonas Brothers adlı məşhur gənclər teleserialında da çıxış edib. Daha sonra 2010-cu ildə "Jonas la" adlı serialla jonas brothers serialını davam etdirmişdir.
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar