Selena Mari Qomez (; ) — amerikalı müğənni, aktrisa, prodüser və iş qadını. Karyerasına uşaq yaşlarında aktrisalıq edərək başlayıb, 2002–2004-cü illərdə "Barni və dostları" teleserialında rol alıb. Selena 2007–2012-ci illərdə Disney Channel-in istehsalı olan "Veyverli Pleysli sehrbazlar" sitkomunda baş rola çəkilib və bu serialdakı Aleks Russo obrazına görə yeniyetmələr arasında məşhurluq qazanıb. Selena 2008-ci ildə Hollywood Records ilə müqaviləyə imza atıb və Selena Gomez & the Scene adlı musiqi qrupunu formalaşdırıb. Selenanın ön planda olduğu bu pop-rok qrupu 2012-ci ildə dağılmazdan əvvəl üç ədəd studiya albomu çıxarmışdı. Bu qrupun ən populyar mahnısı "Love You like a Love Song" idi.
Selena Qomez müğənni kimi solo karyerasına 2013-cü ildə "Stars Dance" adlı debüt albomunu buraxaraq başlamışdır. Bu, onun Billboard 200 musiqi cərgəsinin birinci pilləsinə yüksələn ilk albomu olmuşdur. Albomun xeyli sayda ölkədə hit olan sinqlları "Come & Get It" və "Slow Down" idi.
Həyatı Selena Qomez əslən meksikalı və italyan mənşəlidir. Onun ata tərəfdən babası 1970-ci illərdə Meksikanın Monterrey şəhərindən ABŞ-nin Texas ştatına köçüb. Ona 1995-ci ildə 23 yaşında olarkən qətlə yetirilən müğənni Selenanın adı qoyulub.
Şəxsi həyatı Selena Qomez Los-Anceles qraflığındakı Kalabasas şəhərində yerləşən 6.6 milyon dollarlıq malikanədə yaşayır. 2008-ci ildə Nik Conas ilə romantik münasibət qurub. 2010–2018-ci illərdə kanadalı müğənni Castin Biber ilə ara-sıra sevgili olub. 2015-ci ildə rusiyalı-alman dicey Zedd ilə münasibət qurub və sonrakı il ayrılıb. 2017-ci ildə The Weeknd ilə birlikdə olub. 2023-cü ilin dekabrında musiqi prodüseri Benni Blanko ilə romantik münasibətdə olduğunu bildirib.
Diskoqrafiya Selena Gomez & the Scene albomları Kiss & Tell (2009) A Year Without Rain (2010) When the Sun Goes Down (2011) Solo albomları Stars Dance (2013) Revival (2015) Rare (2020)
Filmoqrafiya Spy Kids 3-D: Game Over (2003) Horton kimi eşidir? (2010) Monte-Karlo (2011) The Muppets (2011) Spring Breakers (2012) Transilvaniya hoteli (2012) Qayğının əsasları (2016) Neighbors 2: Sorority Rising (2016)
İstinadlar
Mənbə Rəsmi saytı
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Hollywood Records artistləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:Muzalar Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri