İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemiРогинский А. А., Левин Н. Г. Антропология: Учебник для студентов ун-тов. — З-е изд., перераб.и доп. — М., Высшая школа, 1978 (с.341). Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır.
Məzmun Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır.
İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi əlaqələri nəticəsində dəyişikliyə məruz qalmış və yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını antropoloji tip adlandırırlar.
İstinadlar
Xarici keçidlər Исследования с выкладками генетических сравнений Race: Reality and Denial by Richard McCulloch Ганс Гюнтер «Краткая расология Европы», 1925 Боринская С. А. О митохондриальной Еве и генетическом разнообразии современного человечества на сайте Antropogenez.ru
Həmçinin bax Neandertal Rasizm Rasogenez
Kateqoriya:Antropologiya Kateqoriya:Qohumluq və kök Kateqoriya:İrqçilik