Ştutqart ( , ) — Almaniyanın cənubunda şəhər. Baden-Vürtemberq əyalətinin paytaxtıdır. Təxminən 600.000 nəfər əhalisi olan Ştutqart Almaniyada 6-cı ən böyük şəhərdir. Metropoliya ərazisində əhalisinin sayı 5 milyona çatır. Ştutqart şəhəri özü 600.038 nəfər əhalisi ilə (dekabr 208-ci il üçün) Almaniyanın 5-ci ən böyük şəhəridir. Ştutqart şəhər ərazisi çoxlu sayda kiçik şəhərlərlə əhatə olunub.
Coğrafi olaraq Ştutqar müxtəlif hündürlüklərdə, parklarda, vadilərdə və təpəliklərdə yerləşir. Rottenburq-Ştutqart katolik yeparxiyasının mərkəzi də Ştutqart şəhərində yerləşir. Yaşayış keyfiyyətinin yüksəkliyinə görə Ştutqar Almaniyada 7-ci, dünyada isə 30-cu yeri tutur.
Mədəniyyət və Təhsil Ştutqartda iki universitet var.Ştutqart Universitetində mühəndislik,Hohenheim Universiteti isə kənd təsərrüfat fakultələrinə dəyər verir.Almaniyanın ən böyük Medya Universiteti () Ştutqartın Vaihingen səmtindədir. Həmçinin Ştutqartda Würtemberq dövlət Kitabxanası yerləşir.
Əhali Vətəndaşlığına görə Xarici Ölkə Rezidentləri Ölkə Əhali (31.12.2018)17,90015,26814,02113,7576,1215,8444,9634,5854,1724,1623,6243,3633,2333,2123,1343,0993,0412,7382,6432,4952,0382,008
İdman Şəhərin VfB Ştutqart adında futbol klubu vardır.VfB Ştutqart öz yoldaşlıq oyunlarını Mercedes-Benz Arenada oynayır və şəhər 2006 FİFA Dünya Çempionatına ev sahibliyi edib.
Şəkillər
İstinadlar
Həmçinin bax Vilhelm Hauff
Xarici keçidlər
Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Almaniya torpaqlarının paytaxtları Kateqoriya:X əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:950-ci illərdə yarananlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri