Naxçıvan, rəsmi adı ilə Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR), 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR)) — Azərbaycan Respublikasının tərkibində muxtar respublika, dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin uzunluğu 15 km),Ümumi məlumat, səhifə 10. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017....Ümumi məlumat, səhifə 9. // Azərbaycanın Statistik Göstəriciləri 2015 (statistik məcmuə). Müəllifi: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Məcmuənin ümumi rəhbəri: Həmid Bağırov; Məcmuənin hazırlanması üçün məsul şəxs: Rafael Süleymanov. Bakı — 2015, 814 səhifə. ISBN 5-86874-232-9 cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2004-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.Naxçıvan Muxtar Respublikası məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 365

1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən muxtar respublika inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Muxtar respublikada 6-sı şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz və Babək), 7-si şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir.Official portal of Nakhchivan Autonomous Republic :Nakhchivan Autonomous Republic Muxtar respublikanın inzibati mərkəzi Naxçıvan şəhəridir.

Yerləşməsi Naxçıvan, Qafqazın cənub-şərq hissəsində yerləşir. Ərazinin demək olar ki, 75%-i 1000 m-dən yuxarıda yerləşir. Şimalda Dərələyəz, şərqdə Zəngəzur sıra dağları uzanır. Ərazinin Araz çayı boyunca uzanan, cənub və cənub-qərb hissəsi – 600–1000 m hündürlüyündə yerləşən, üçüncü və dördüncü dövr çöküntülərindən ibarət düzənlikdir. Üçüncü dövr çöküntüləri, "bedlend" tipli relyefi yaradan və asan dağılmaya məruz qalan, duzlu lay süxurlarıdır.

Araz çayının sol sahilində yerləşən və üst örtüyü qənbər-çınqıl çöküntülərindən ibarət olan maili düzənliklər, qədim akkumulyasiya sahələridir. Onlar müasir tektonik hərəkətlərin təsiri altında ümumdağ qalxma hərəkətinə qoşulublar və gərgin parçalanmaya məruz qalırlar. Cavan tektonik hərəkətlər öz əksini, Naxçıvan ərazisində geniş yayılmış düzəlmə səthlərinin deformasiyasında, terras səviyyələrinin dəyişməsində, onların Arazın müasir çöküntüləri altında qalmasında və s. tapır.

Naxçıvan ərazisi Zaqafqaziyanın qırışıq-qaymalı silsilələri arasında ən hündürüdür və parçalanmış dağlıq relyeflə səciyyələnir. Ərazinin ən alçaq nöqtəsi Araz çayının dərəsidir – 400 m, ən hündür nöqtəsi isə Qapıcıq dağıdır – 3904 m. Ərazinin orta hündürlüyü – 1400 m-dir. Naxçıvan Muxtar Respublikası şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır və ərazisinin forması düzgün olmayan rombu xatırladır. Onun şimaldan cənuba ən geniş yeri 75 km bərabərdir. Respublikanın şimalda ən ucqar nöqtəsi Saraybulaq sıra dağlarının Şərur rayonu ərazisinə daxil olan qolu üzərindəki Kömürlü dağdır. Zəngəzur sıra dağlarının Soyuq dağdan başlayaraq sıldırım yamacla alçalıb Arazın sol sahilində 600 m çatdığı yerdə yerləşən Zerəni dəmir yol dayanacağı isə respublika ərazisinin ən cənub nöqtəsidir. Muxtar respublikanın qərbdən ən ucqar nöqtəsi Sədərək qəsəbəsindən qərbdə, Araz yaxınlığında yerləşən keçmiş Urmiya kəndi, şərqdə isə Zəngəzur sıra dağlarının cənub qollarından olan Zerəni dağının zirvəsidir.

Naxçıvanın ərazisi, ətrafı hündür dağlarla əhatələnmiş "dərəni" xatırladır. Bunun nəticəsi olaraq, Xəzər və Qara dənizlərinin rütubətli hava axınları bura daxil ola bilmirlər. Məhz bu, yerli relyefə təsir edən, quru və sərt-kontinental iqlimin hökm sürməsinin səbəblərindən biridir.

Relyefinin sərt parçalanması, ərazinin qeoloji quruluşundan (paleozoydan başlayaraq, müxtəlif litoloji tərkibli intensiv dislokasiya süxurların geniş yayılması) və müasir iqlim şəraitindən müəyyən olunur. İqlimin təsiri özünü daha çox relyefin parçalanma səviyyəsində, onun müasir morfoskulpturlarında və denudasyon proseslərin intensivliyində büruzə verir.

Naxçıvan MR çayları az suludurlar və bəziləri yayda quruyurlar. Əsas çaylar Arazın sol qollarıdır – Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qazançay, Kilitçay və s.

Naxçıvan molibden, travertin, polimetallik filizlər, daş duz, civə, tikinti materialları və s. faydalı qazıntılarla zəngindir. Respublika mineral sularla da zəngindir – Badamlı, Sirab, Vayxır, Darıdağ və s.

Torpaq örtüyü nazikdir və əsasən akkumulyativ relyef formalarının üzərində inkişaf edir. Respublikanın düzən və dağlıq ərazilərinin torpaq örtüyü, əsasən kserofitlərdən təşkil olunur. Meşə, demək olar ki, mövcud deyil.

Naxçıvanın ərazisi 5,5 min km2 təşkil edir. Bundan 1,3 min km2 – düzənliklər, 4,2 min km2 – dağlar tutur. Naxçıvan Muxtar Respublikasının paytaxtı – Naxçıvan şəhəridir.

Naxçıvanın cənub və cənub-qərbi, Araz çayı boyunca İran İslam Respublikası və Türkiyə (15 km) ilə, şimal-şərq, şimal və şimal-qərbi, Zəngəzur, Dərələyəz və Saraybulaq sıra dağları boyunca Ermənistan Respublikası (224 km) ilə sərhədlənir.

Naxçıvan MR ilə Ermənistan Respublikasının qərb sərhəddindən Dəhnə və Vəlidağ dağlarının təpəsinə kimi, Arazın İrəvan dərəsinin cənub-şərq hissəsi olan Sədərək maili düzənliyi yayılır. Adı çəkilən təpələrin arasında yerləşən çökəklik "Qurd qapısı" adlanır. "Qurd qapısı"ndan cənub-şərqə, oroqrafik baxımdan Dərələyəz sıra dağının cənub qurtaracağı olan Qıvraq yüksəkliklərinə kimi, daha geniş olan Şərur maili düzənliyi yayılır. Qıvraq yüksəkliklərindən şərqə, Duzdağın yastı yüksəkliyinin qərb yamaclarına kimi, qərb hissəsi Duzdağla və şərq hissəsi Əlincəçay ilə qapanan, Böyükdüz maili düzənliyi yayılır.

Naxçıvan düzənliyindən şərqdə, Araz çayının sol qollarının gətirmə konusları olan və biri-birindən kiçik təpələrlə ayrılan, bəzi yerlərdə Araz çayına yaxın yerləşən, bir neçə kiçik maili düzənliklər yerləşir. Məsələn, bu düzənliklərdən biri Qaradərə çayının mənsəbində, Yaycı kəndinin yanında, başqası – Düylünçayın mənsəbində, lap şərqdə olan ən genişi isə – Ordubad şəhərindən cənubda yerləşir.

Naxçıvan MR-nın ərazisini şərqdən əhatələyən Zəngəzur sıra dağları, meridional istiqamətdə, şimaldan cənuba Qısırdağ dağından Araz çayına kimi, 120 km məsafədə uzanır. Onun orta hündürlüyü 3223 m-dir. Dərələyəz silsiləsi enlilik istiqamətlidir lakin, Naxçıvançayın və Arpaçayın (Qəlinqaya dağının yanında) suayrıcında istiqamətini meridionala dəyişir. Ən qərbdə, İrəvan və Sədərək maili düzənliklərinin qovuşmasında, Araz çayının dərəsinə batan, Saraybulağ sıra dağlarının şərq qurtaracağı yerləşir.1

Naxçıvan Muxtar Respublikasında 7 rayon və şəhər var.

İnzibati bölgü thumb|250px|Naxçıvan MR-in rayonları Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.

Naxçıvan MR-ın idarəetmə qaydaları, hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan MR-ın Konstitusiyası ilə tənzimlənir. Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu formasında qəbul edilir. Naxçıvan MR-ın sonuncu konstitusiyası 29.12.1998-ci ildə qəbul edilib.

Naxçıvan MR–də qanunvericilik hakimiyyətini Naxçıvann MR–in parlamenti – Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.

Konstitusiyaya əsasən, Naxçıvan MR Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan MR Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur. Naxçıvan MR–də yerli idarəetmə orqanları – bələdiyyələr fəaliyyət göstərir. Xəritədə yeri. Rayon Mərkəz İnzibati vahid Ərazi (km²) Əhali (1 yanvar 2019 rəsmi əhali təxmini)Official portal of Nakhchivan Autonomous Republic :Cities and regions Qeyd1Babək rayonuBabəkRayon828,4275,600Əvvəllər Naxçıvan adlanan rayon 1991-ci ildə Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır.2Culfa rayonuCulfaRayon926,3046,700Bəzi mənbələrfə Cuğa da adlandırılır.3Kəngərli rayonuQıvraqRayon704,8932,4002004-cü ildə Babək rayonu ərazisinin bir hissəsində yaradılmışdır.4Naxçıvan şəhəriNaxçıvan şəhəriŞəhər191,5793,7001991-ci ildə Babək rayonundan ayrılmışdır.5Ordubad rayonuOrdubadRayon978,9950,000Sovetləşmə dövründə Culfadan ayrılmışdırHewsen, Robert H (2001). Armenia: A Historical Atlas. Chicago: University of Chicago Press. p. 2666Sədərək rayonuHeydərabadRayon163,7415,9001990-cı ildə Şərur rayonundan ayrılmışdır; ermənilərin işğalı altında olan Kərki kəndi də "de yure" bu rayona tabedir.7Şahbuz rayonuŞahbuzRayon836,5825,200Sovetləşmə dövründə Naxçıvan (Babək) rayonundan ayrılmışdır.Hewsen. Armenia: A Historical Atlas, p. 123.8Şərur rayonuŞərurRayon872,26116,600Sovet dövründə Baş-Noraşen, daha sonra isə 1990-cı ilə kimi İliç (Vladimir İliç Leninin şərəfinə) adlandırılmışdır.Hewsen, Robert H (2001). Armenia: A Historical Atlas. Chicago: University of Chicago Press. p. 264Cəmi5502,75456,100

Tarixi

Arxeoloji tədqiqatlar