İlyas bəy Ağalarov (tam adı: İlyas bəy Allahyar bəy oğlu Ağalarov; ) — çar ordusunun polkovniki.

Həyatı İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb.

Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində iştirak etmiş və sağ-salamat qayıtmışdır. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir. Məzarında bu sözlər yazılmışdır: "Qvardiya polkovniki İlyas bəy Ağalarov".

"Tərcüman" qəzeti Port-Artur müharibəsinin gedişatını müntəzəm izləmiş və öz səhifələrində orduda qəhrəmanlıqla döyüşən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir. Qəzet 11 iyun 1904-cü ildə "Müxtəlif xəbərlər" rubrikasında yazırdı:

Mükafatları Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav", 1905-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", yenə həmin ildə dördüncü dərəcəli "Müqəddəs Anna" (bant və qılıncla birgə) ordenlərinə layiq görülmüşdür.

Xarici keçidlər История 13-го лейб-гренадерскаго Эриванского Его Величества полка за 250 лет. 1642–1892. Приложения к пятой части. Гренадеры (1856–1892). — СПб., 1898, приложение 64, с. 18 Kateqoriya:Ağalarovlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Azərbaycanlı polkovniklər Kateqoriya:Partlayıcı qurğu nəticəsində ölənlər