Simpatik sinir sistemi ( hissiyyat, həssas) — vegetativ sinir sisteminin bir hissəsi. Simpatik sinir sistemini vegetativ sinir sisteminin döş-bel hissəsi (onurğa beyninin yan sütunu — deyilən mərkəzi) və bu hissədən çıxan afferent (qanqliondan qabaqkı) liflər, parasimpatik sinir sisteminin isə orta beyin, soğanaq və oma hissələri (vegetativ mərkəzlər) və onlardan xaric olan efferent (qanqliondan qabaqkı) liflər təşkil edir. Simpatik sinir sistemi fizioloji cəhətcə adrenalinotrop xassəyə malikdir, yəni simpatik sinir sistemində olan reseptorlar seçici olaraq adrenalinəoxşar kimyəvi maddələrlə qıcıqlanır. Simpatik sinir sisteminin əsas vəzifəsi trofik (qidalandırıcı) vəzifədir; bu sistem orqanizmdə maddələr mübadiləsini (oksidləşmə prosesini, qida maddələrinin sərf olunmasını), tənəffüs prosesini, ürəkdöyünməni, əzələlərə oksigen daşınmasını sürətləndirir, hərarəti tənzim edir və s.
Təşkil olunması Simpatik sinir sistemi aşağıdakı törəmələrdən təşkil olunmuşdur: Onurğa beyninin yan sütunundan yerləşən mərkəzdən — ; Həmin mərkəzi təşkil etmiş sinir hüceyrələrindən xaric olan qanqliondan qabaqkı liflərdən — ; Onurğayanı (birincidərəcə) qanqlionlardan — ; Onurğaönü (ikinci dərəcə ya ara) qanqlionlardan — ; Onurğayanı və onurğaönü qanqlionlardan çıxan qanqliondan sonrakı liflərdən — ; Simpatik kələflərdən — . Bu törəmələrdən birincisi simpatik sinir sisteminin mərkəzi şöbəsini təşkil edir.
Onurğayanı qanqlionlar Onurğayanı qanqlionlar onurğanın yuxarıda yan və aşağıda ön səthlərində yerləşərək qanqlionlaraarası şaxələr — vasitəsilə bir-birilə birləşir və hər tərəfdə bir ədəd simpatik kötük — adlanan qanqlion silsiləsi təşkil edir.
Simpatik kötük Simpatik kötük — kəllə əsasından başlayaraq büzdümə qədər davam edir və onurğanın şöbələrinə müvafiq olaraq aşağıdakı hissələrə bölünür: boyun hissəsi — , döş hissəsi — , bel hissə — və çanaq hissə —
Həs simpatik kötükdə olan qanqlionların () miqdarı 22–23-ə çatır; bunların üçü boyun qanqlionları — , 10–12 döş qanqlionları — , 3–5 bel qanqlionları — , 3–5 oma qanqlionları — . Bunlardan başqa bir də tək qanqlion — vardır; bu qanqlionlar büzdümün ön səthində yerləşərək sağ və sol simpatik kötüklərin aşağı uclarını bir-birinə birləşdirir və oma qanqlionları ilə birlikdə çanaq qanqlionları — adlanır.
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 3–19, "MAARİF" Nəşriyyatı, Bakı — 1982 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
Kateqoriya:Anatomiya Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Sinir sistemi Kateqoriya:Neyroanatomiya