İmprovizasiya – bədahətən şeir qoşmaq, qabaqcadan heç bir hazırlıq görmədən əsər yaratmaq; qabaqcadan hazırlaşmadan müəyyən bir hadisəyə dərhal şeirlə cavab vermək, öz münasibətini bildirmək.
Türk ədəbiyyatşünaslığında buna irtical deyilir. S.Ə.Şirvani Tiflisə gedərkən yolustü Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiyi zaman ordaca bu rübaini söyləmişdi:
Ey şeyx Nizami, ey nizamı dağılan, Ey Gəncədə izzü ehtişamı dağılan! Olmuşmu səninlə mən kimi aləmdə - Beyti, evi, məktəbi, kəlamı dağılan?
İmprovizasiya yolu ilə yaranan şeir növlərindən biri indi də el arasında yayılmış meyxanadır.Azərbaycan ədəbiyyarı
Həmçinin bax Azərbaycan ədəbiyyatı
Mənbə
Kateqoriya:Ədəbiyyat nəzəriyyəsi Kateqoriya:Musiqi nəzəriyyəsi
Kateqoriya:Film texnikaları Kateqoriya:Musiqi terminləri Kateqoriya:Teatr