Mamırlı — Azərbaycan Respublikasının Tərtər rayonunun Mamırlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Mamırlı sözünün mənası şivyəkimilərdən olan rütubətli meşələrdə bitən Mamır sözündəndir. Vaxtı ilə həmin ərazidə yaşayan Alışarlar tayfası (Alaşallılar) bellərinə bağladıqları alaşalları boyamaq üçün Mamır bitkisindən istifadə etdikləri üçün Mamırlı yəni Mamır bol olan yer sözü yaranmışdır. Alışarlar tayfası tədricən yox olmuş onların adları ilə adlandırılan qəbiristanlıq qalmışdır. Təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər və digər maddi mədəniyyət nümunələri tədqiqi göstərir ki, Mamırlı kəndi b.e.əvvəl yaşayış məskəni olmuşdur.
Əhalisi
Tanınmış şəxslər Aynur Camalqızı (1975–) — Jurnalist, yazıçı.
İstinadlar
Kateqoriya:Tərtər rayonunun kəndləri