() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır.
Botaniki təsviri Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4–10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2–3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır. Bir çiçəyin ömrü 3–4 gündür, ümumiyyətlə, çiçəkləmə təxminən 3 həftə davam edir. Uzun erkəkcikləri dəstələrə yığılmışdır və yuxarı birləşən yarpaqların qoltuqlarında yerləşir, içərisi ağ və ya sarımtıl, üstü al-qırmızı çalarlı və ya bənövşəyi-qırmızı zolaqlıdır. Arılarla tozlanır. Dörd yaşından hər il meyvə verir. Meyvələri tədricən iyulun ikinci yarısından-avqustun birinci yarısına qədər yetişir. Narıncı-qırmızı giləmeyvələri çox qısa saplaqlarda elə bil yarpağa bitişmişdir. 50 il və daha çox yaşayır. Toxumlarla, qələmlərlə, zoğlarla çoxaldılır.
Ekologiyası Qışda birillik zoğları donur, ancaq tez bərpa olunurlar.
Azərbaycanda yayılması Kiçik və Böyük Qafqazda meşə və kolluqlarda təsadüf edilir.
İstifadəsi Yaşıllaşdırmada, müxtəlif kompozisiyaların qurulmasında istifadəsi məqsədyönlüdür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları