Ənsə payı – çəpgənin dal şöbəsini tutur, öndən və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – və bunların arasında eyni adlı qırışıqlar – vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir.
Aid şəkillər
İstinadlar
Mənbələr Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Kateqoriya:Anatomiya Kateqoriya:Sinir sistemi Kateqoriya:Beyin Kateqoriya:Görmə