() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5–7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir. Çiçəkləməsi iyun ayında baş verir. İyun-avqust aylarında meyvə verir.

Yaşayış mühiti Dağ meşələrinin açıq yerlərində, alaqlı çəmənlərdə, yol kənarında rast gəlinir.

Sinonimləri

Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları