() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir.

Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir.

Ekologiyası Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi Digər növlərə nisbətən budanması bitkinin dekorativ görünüşünü itirir. Dekorativ formaları vardır: iynəsiz (f.inermis); ensiz yarpaqlı (f.salicifolia) – xətvari-lansetvari yarpaqlı (f.lanciofolia); parlaq (f.splendens). Mahmızlı yemişan hündür, keçilməz canlı hasarların salınması üçün yararlıdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Yeməli meyvələr Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları