() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbii şəraitdə Krımda, Qafqazda, Sibirdə, Orta və Mərkəzi Avropada, Monqolustanın şimalında, Himalayda, Çində yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2-3 m-ə çatan, dəyirmi çətirli, yarpağını tökən, çox budaqlı koldur. Cavan budaqları tükcüklərlə örtülüdür. Ağac yaşlandıqca bu tükcüklər hamar və parlaq olur. Yarpaqları yarımdairəvi və ya enli-oval şəkilli olub, diametri 2-5 sm-dir, üst səthi tünd-yaşıl, hamar, alt səthi isə boz keçətükcüklüdür. May ayında çiçəkləyir. Çiçəklər ağımtıl-çəhrayıdır, 2-4 ədəd olmaqla aşağı əyilmiş salxım çiçəkqrupuna yığılmışdır. Meyvələri tünd-qırmızı rəngli, çəyirdəkmeyvədir, avqust ayında yetişir.
Ekologiyası Bitki torpağa tələbkar deyil, lakin əhəngli torpaqlarda daha yaxşı bitir. Şaxtaya, quraqlığa davamlı koldur.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi Güclü inkişaf etmiş kök sisteminə görə torpağın bəkidilməsi üçün yararlıdır. Yaşıllaşdırmada istifadə üçün əlverişlidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1877-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:Bağ bitkiləri Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Tayvan florası Kateqoriya:Nepal florası