Kiloqram (şərti işarəsi: , beyn. kg) — kütlə vahidi. Beynəlxalq vahidlər sistemində yeddi əsas vahiddən biri. 1 kiloqram 1000 qrama bərabərdir.

Kiloqramın qüvvədə olan tərifi 1901-ci ildə Ölçü və çəki üzrə III Baş konfransda qəbul edilmişdir və aşağıdakı kimidir.Beynəlxalq çəki və ölçü bürosunun saytında kiloqramın tərifi : Kiloqram, beynəlxalq kiloqram prototipinə bərabər olan kütlə vahididir.

Kiloqramın beynəlxalq prototipi (etalon) Beynəlxalq çəki və ölçü bürosunda (Paris ətrafındakı Sevrdə) saxlanılır və diametri ilə hündürlüyü 39,17 mm olan platin-iridium xəlitəsindən (90% platin, 10% iridium) ibarət silindrdir.

İstinadlar

Xarici keçidlər Beynəlxalq çəki və ölçü bürosunun (BÇÖB) veb-saytı NIST Improves Accuracy of 'Watt Balance' Method for Defining the Kilogram

Kateqoriya:BS əsas vahidləri Kateqoriya:Kütlənin ölçü vahidləri