Fələqqə (, ) — Orta əsrlər Şərqində cəza vasitəsi. Günahkarlar fələqqəyə salınır qamçılanırdı. Cəza XX əsrin əvvəllərinə kimi İranda və Türkiyədə, həmçinin, bir çox Orta Asiya və ərəb ölkələrində tətbiq edilirdi. Bu cəza növü həmin dövrdə Azərbaycanın dini məktəblərində də geniş istifadə olunurdu. Cəza zamanı insanın ayaqları taxtaya bağlanaraq qamçı və ya çubuqla döyülərdi.
thumbnail|Bakı şəhərində yerləşən tatar (Azərbaycan) məktəbində şagirdlərin cəzalandırılması. (Bakı, 1896) Fələqqə sözü ərəb sözü olan falak, filak — "yandırmaq", "kiçik hissələrə ayırmaq" sözlərindən yaranmışdır. thumb|right|350px|Fələqqə cəzası
Fələqqə müasir dövrdə də bir sıra ölkələrdə tətbiq edilməkdədir. Məsələn, İraqda Səddam Hüseynin oğlu Udey Hüseyn fələqqə ilə cəza verməyi xoşlayırdı və özü şəxsən cəza verirdi..
Tarixi Fələqqə vasitəsilə cəza ilk dəfə ərəblər arasında X əsrdə yaranmışdır. İrana monqollar tərəfindən XIV əsrdə gəlmişdir. Avropalılar ilk dəfə bu cəza növü ilə XVI əsrdə tanış olublar.Darius Rejali, Torture and Democracy , Princeton University Press, 2009..
İstinadlar
Kateqoriya:Cəzalar Kateqoriya:Yaxın Şərq tarixi